Bakı-Naxçıvan aviareysinin sayı artırılır
26-01-2021, 13:36
105

Bakı-Naxçıvan aviareysinin sayı artırılır

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 fevral tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin  sayını gündə üç dəfəyədək artırır.
AZAL-dan verilən məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:
- Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;
- Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.
Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.
Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı  aviaşirkətin çağrı mərkəzinə “WhatsApp” mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etməyinizi xahiş edirik:
- Bakı-Naxçıvan reysləri üçün:
WhatsApp: +994 55 204 65 54;
- Naxçıvan-Bakı reysləri üçün:
WhatsApp: +994 60 487 30 11.
Aviabiletləri həmçinin 1 fevral tarixindən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür.
“Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır”, - AZAL-dan bildirilib.

Oxşar xəbərlər

Bakı-Naxçıvan reyslərinin sayı artırılır
Bakıdan Naxçıvana yalnız bu şəxslər uça bilər - Qaydalar açıqlandı
Moskvadan Bakıya bilet satışı növbəlik qaydasında olacaq
Bakıdan Ankara və Antalyaya xüsusi reyslər başlayır
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
Təyyarə biletləri UCUZLAŞDI
AZAL vətəndaşların pullarını niyə qaytarmır?
Vasif Talıbov Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri olub
Bakı, Sumqayıt və Abşeronda bağçalar nə vaxt açılacaq? - Operativ Qərargah
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək
Azərbaycana səfər edənlər bu qaydalara əməl etməlidirlər!
Bakıda yaşayan Naxçıvan sakinlərinə MÜRACİƏT
“WhatsApp” tənqidlərə görə geri addım atdı
AZAL fəaliyyətini dayandırdı
Səlcuq Bayraktar da "WhatsApp"ı sildi
Vasif Talıbov yeni qurum yaratdı
Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
Bu ölkə Bakıya uçuşu BƏRPA EDİR
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Naxçıvanın blokadadan çıxması Azərbaycana nə vəd edir? - “Bakı-Naxçıvan-Türkiyə marşrutu ilə...”
Naxçıvan MSK-ya sədr seçildi
Şənbə və bazar günləri avtobuslar fəaliyyət göstərməyəcək
Həftə sonu Bakıda bütün marşrutların fəaliyyəti dayandırılır
Kafe və restoranlar bu tarixdən işləyə biləcək
Milyonlarla istifadəçi "WhatsApp"sız qalacaq - SİYAHI
Həftəsonu bütün marşrutların fəaliyyəti dayandırılacaq
Naxçıvanın Medianın İnkişafı Agentliyi yaradılıb - FƏRMAN
Dövlət Bayrağı Günündə ekspres xətlər üzrə avtobuslar işləyəcək
Şəxsiyyət vəsiqələrini dəyişmək istəyən Naxçıvan vətəndaşlarının nəzərinə
Bakı-Sumqayıt qatarı noyabrın 9-da bu rejimdə işləyəcək - CƏDVƏL