Şairin qardaşı rüşvət vermədi, icra məmurunun qəzəbinə gəldi
26-01-2021, 14:08
149

Şairin qardaşı rüşvət vermədi, icra məmurunun qəzəbinə gəldi

Tanınmış gənc şair Cəlil Cavanşir Oğuz rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının özbaşınalığından şikayətlənib.
Qaynarinfo xəbər verir ki, icra məmuru Tural Abdurahmanov bank borcuna görə şairin atasından rüşvət istəyib:
"Qardaşım "TBC kredit" təşkilatına 4370 manat borclu olduğu və bu krediti ödəyə bilmədiyi üçün "TBC kredit" onu məhkəməyə verib. Məhkəmə təşkilatın xeyrinə qərar çıxarıb. Qardaşım borcunu hissələrlə təşkilatın hesabına ödəməlidir. Ancaq bu məqamda Oğuz rayon İcra və Probasiya şöbəsi hərəkətə keçib.
İcra məmuru Tural Abdurahmanov qardaşımla əlaqə saxlayıb və borcun daha az hissələrlə ödənilməsi barədə qərar çıxarmaq üçün atamdan 500 manat rüşvət istəyib. Qardaşım təbii ki, rüşvət verməyəcəyini, ancaq borcun qardaşım tərəfindən ödəniləcəyini bildirib. İcra məmuru Tural Abdurahmanov cənabları isə əsəbiləşərək qardaşımın iş yerinə icra sənədi göndərib və boşandığı üçün üç övladı qəyyumluğunda olan, eyni zamanda səhhətində ciddi problemlər yaşanan qardaşımın maaşından hər ay 50% tutularaq "TBC kredit"in hesabına köçürülməsini təmin edilməsini tələb edib.
Bundan əvvəl də eyni şəkildə başqa bir icra prosesində icra məmuru Tural Abdurahmanov qardaşımdan  rüşvət tələb edib, ala bilmədikdə isə qardaşımın əleyhinə qərar qəbul edib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi regionlarda fəaliyyət göstərən icra məmurları vətəndaşdan rüşvət tələb edib, ala bilməyəndə ədalətsiz qərar verirsə, buna kim cavab verməlidir? Sırf rüşvət vermədiyi üçün maaşının 50%-i tutulan qardaşımın üç azyaşlı övladı nə ilə yaşamalıdır?”.

Oxşar xəbərlər

Bakıda məşhur tikinti şirkətinin əmlakına həbs qoyuldu
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
12 icra məmuru cəzalandırılıb
İcra başçısının həbs müddəti artırılır
Cəlilabadın icra başçısı rüşvət alarkən həbs edildi - YENİLƏNİB
Ədliyyə nazirinin müavini Azər Cəfərov məhkəmələrə necə təsir edir? - GİLEY
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Sabiq baş memarın həbs müddəti uzadıldı
Ceyhun Cəfərov məhkəməyə gətirildi
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
İcra başçısı həbs olunan rayonun məmuru intihar etdi
29 ildən sonra Xankəndidə ilk azərbaycanlı vəzifəyə təyin edildi (FOTO)
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
İstefa verən məmur: “Qardaşım məni el arasında biabır etdi”
Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Gömrük məmurunun adı hallanan ev qalmaqalı - “Koronavirusa yoluxmuş ailəm küçədə qala bilər”
Gəncəlilər Fikrət Məmmədovdan kömək istəyir - "İcra məmurlarının özbaşınalığından bezmişik!"
«MuğanBank» ASC-də qalıq borcları balalayır!!!
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Məmurlardan müsadirə olunan əmlakın aqibəti necə olacaq?
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
227 min rüşvət verən iş adamı məqsədinə çatdı: Şabranda bir gündə 2 tender “uddu”
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
İcra başçısının müavini koronavirusdan öldü