Müharibə başlamasa, Maştağa xilas olacaqmış?.. - VİDEO
26-01-2021, 16:15
102

Müharibə başlamasa, Maştağa xilas olacaqmış?.. - VİDEO

Bir neçə gün öncə yağan qarın əriməsi nəticəsində Maştağa qəsəbəsi H.Heybətov küçəsini su basıb.
Bununla bağlı N.Heybətov küçəsinin sakinləri Qaynarinfo-ya məktub ünvanlayıb. Sakinlərin sözlərinə görə, səviyyə qalxdığından evləri də su basıb:
"Bu barədə "Azərsu" ASC-in "955” qaynar xəttinə, Sabunçu RİH, Maştağa bələdiyyəsi, Sabunçu RİH Maştağa qəsəbəsi nümayəndəliyinə, FHN-nə məlumat vermişik. Maştağa bələdiyyəsindən və FHN "112” xəttindən bizə bildirdilər ki, "gedin torpağı kimdən almısınızsa, ona deyin, gəlib suyu çəksin". Odur ki, Prezident İlham Əliyevə müraciət etdik. Bu, çirkab suları deyil, yağıntı və qrunt sularıdır. Hər dəfə kiçik bir yağıntı olanda biz bu vəziyyətə düşürük. Artıq illərdir oktyabr-aprel aylarında bu şəraitdə yaşayırıq”.
Maştağa qəsəbəsinin bələdiyyə sədrinin müavini Ağazakir Abdullayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ərazidə kanalizasiya xətti olmadığından bu problem illərlə yaşanmaqdadır:
"Maştağa qəsəbəsində kanalizasiya sistemi yoxdur. Bizə həmin küçədəki problemlə bağlı müraciət daxil olmayıb. Qar, yağış yağır, sular da yığılır. Kanalizasiya sistemi yoxdursa, bələdiyyə ona nə etsin? Suyu hara vuraq? Kiminsə evinin qarşısına su vurmaq olar? Kanalizasiya sistemi həll olunana kimi bu problem qalacaq. Dövlət proqramında 2020-ci ilə kimi kanalizasiya xəttinin çəkiləcəyi nəzərdə tutulmuşdu. Amma Vətən Müharibəsi başladı, odur ki, məsələ qaldı”.


Oxşar xəbərlər

Bakının bu rayonunda su kəsiləcək
Bakıda kişi özünü asıb
Bakı sakini ikinci mərtəbədən yıxılaraq ölüb
Şirin su xətti çirkab su altında: Bakıxanovlular təhlükə qarşısında (ŞİKAYƏT)
Maştağada silahlı şəxs tutuldu – Foto
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Bakıda polis əməliyyat keçirdi: narkotik becərən şəxs saxlanıldı
Bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Bakıda qaynata oğlunu və gəlinini baltaladı
Bakıda mərmi aşkarlanıb - Foto
Zibilxanaya çevrilən “Qum hamamı” təmizlənir - Fotolar
Bakıda iki kişi intihar etdi
Mingəçevirdə leysan yağdı, illərlə həll olunmayan problemlər yenidən üzə çıxdı - VİDEO
Bakıda sulu qar yağır - FAKTİKİ HAVA
Bakıda güclü külək: Nazirlik məlumat yaydı
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Binəqədi İH Biləcəridə təhlükəyə göz yumur – Foto
Onlar Füzulidən Şuşaya ayaqla gedib çıxdılar - VİDEO
Vətən Müharibəsinin qəhrəmanı Elçin: Mənim anam vətənimdir...
Xırdalanda kanalizasiya xətti partladı, yolları su basdı - Foto
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb
Bakıda iki avtomobil toqquşdu: 3 yaralı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı
Binəqədinin icra başçısı niyə susur?
Əməkdar rəssam Rafael Abbasov vəfat edib
Bakıda havanın temperaturu normadan aşağı düşdü
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb