Yeni nazir nələr edəcək? – Rabitə problemləri…
27-01-2021, 09:13
100

Yeni nazir nələr edəcək? – Rabitə problemləri…

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) artıq əvvəlki nəhəng nazirlik deyil. Onun tərkibində olan əsas strateji qurumlardan "Aztelekom", "Baktelekom", "AzİnTelecom", "Azercell" və s. idarəetməsi bir müddət öncə yaradılan Holdinqə həvalə edilib.  Bu baxımdan nazirlik qarşısında duran vəzifələr, prioritetlər qısa müddət öncə kəskin şəkildə dəyişib. Yeni təyinatı da bu yöndə qiymətləndirmək doğru olardı".
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rəşad Nəbiyevin təyinatını şərh edərkən deyib.
Onun sözlərinə görə, nazirlik daha çox təmizlənmə, səmərəli idarəetmə, rəqabətli mühitin formalaşması, innovasiyalar və sektorda dövlət siyasəti ilə bağlı məsələlərlə məşğul olmalıdır: "Nazirlik qarşısında duran vəzifələr baxımından Rəşad Nəbiyevin nazir təyinatı uğurlu hesab oluna bilər. Əvvəlki dönəmlərdə o, məhz sektorda iqtisadi təhlillərə cavabdeh şöbəyə rəhbərlik edirdi.
Hətta xatırlayıram ki, uzun müddət öncə onun rəhbərlik etdiyi şöbə sektorun tənzimlənməsi ilə bağlı bir konseptual sənəd də hazırlamışdılar".
Ekspertin sözlərinə görə, R. Nəbiyev "Azərkosmos"-a rəhbərlik etdiyi dönəmdə innovasiyalar və startap sahəsinin inkişafına diqqət yetirməyə çalışırdı.
"Bəs NRYTN taleyi necə olacaq, struktur dəyişikliyi aparılacaqmı? Tənzimləyici qurum necə formalaşacaq, elə nazirliyin əsasındamı yaradılacaq, yoxsa üzvləri Prezident tərəfindən təyin olunan Telekommunikasiya Şurası formalaşacaq? Dövlətə məxsus olan rabitə resurslarından özəl və dövlət sektorun bərabər əsaslarla istifadəsi təmin olunacaqmı? Rəqəmsallaşma, keyfiyyətli internet baxımından region və Bakı arasında bərabərsizlik aradan qalxacaqmı?"-deyən O. Gündüz, bu və ya digər suallarda qaldırılan problemləırin həllini vacib sayır: "Ümid edirəm və inanıram ki , yeni nazir İKT sektorunu müasir çağırışlara cavab verəcək səviyyəyə qaldıra biləcək".

Oxşar xəbərlər

Rabitə və nəqliyyat işini bilməyən Rabitə və Nəqliyyat naziri Ramin Quluzadə  Rabitə nazirliyi, yoxsa saçyoldu kantoru ?
"Dövlət şirkətlərində islahatlar olacaq" - “Şirkətlərdən bəziləri özəlləşdiriləcək"
Regionlar da avtobusarda kartla ödəniş sisteminə keçə bilər
Nazirlik nədən VƏTƏN MÜHARİBƏSİNİ nəzərə almadı? - ETİRAZ
Tural Müseyibovun yerinə YENİ TƏYİNAT
“Bölgələrdə vəziyyət daha çətindir” - Professordan Nazirliyə SƏRT TƏNQİD
Qərbi Azərbaycan Respublikası: nələr ediləcək? – Plan
Nikol Paşinyanın atası öldü
İnternet yoxdursa, bu şagirdlər niyə “qaib” alır? - AÇIQLAMA
Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa olunacaq? – DEPUTATDAN AÇIQLAMA
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
7 mindən çox saxta əlillik təyinatı ləğv edilib
Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat
Hüquqi sənəddə adı olmayan şəxs milli təhlükəsizliklə əlaqəli sahəni necə tənzimləyə bilir?
Nazirlik adından vətəndaşlara saxta məktublar göndərilir
Xankəndi hava limanına kim nəzarət edəcək? - AÇIQLAMA
Azad olunmuş ərazilərə avtobus marşrutu nə vaxt olacaq?
“Onların adlarını açıqlamaq lazımdır” – Spikerdən şəhid ailələrini incidənlərə reaksiya
Baş həkim Bədhaş Nəbiyevin “bədxassəli” pul düşkünlüyü - və ölümə sövq edilən xəstələr
Şirkət rəhbəri prezidentə müraciət etdi - QALMAQAL
Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Xaricdə distant təhsil alanlar nazirliyi məhkəməyə verə bilər - İkili yanaşmaya görə
“Azərbaycanda dünyada “analoqu olmayan” yeni bir tendesniya duyulur…”
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən REAKSİYA
Əli Həsənov: "YAP uzun müddət hakimiyyətdə qalacaq"
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
İnternetin məhdudlaşdırılması aradan qalxır? - AÇIQLAMA
Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF