Turizm agentliyinin sədrindən hotellərə üz tutanlara MÜRACİƏT
27-01-2021, 14:48
56

Turizm agentliyinin sədrindən hotellərə üz tutanlara MÜRACİƏT

“Koronavirusun yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 18 yanvar 2021-ci il tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi müəyyən qədər yumşaldılıb.Yumşaldılma çərçivəsində məhdudiyyətlərin bir qisminin, o cümlədən “SMS” icazə sisteminin ləvğ olunması, 25 yanvar tarixindən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması, xüsusilə, regionlarda yerləşən hotellərdə canlanma yaradıb”.
Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu sektorun nümayəndələrinə etdiyi müraciətində bildirib.
Müraciətdə qeyd olunur ki, turizmdə canlanmanın yaranması sevindirici haldır. Ancaq unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda xüsusi karantin rejimi davam edir və virusun sürətlə yayılma təhlükəsi xoşagəlməz nəticələr verə bilir.
“Bunu nəzərə alaraq, istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq. Bildiririk ki, təhlükəsizlik məqsədilə xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, tibbi maska və digər qoruyucu vasitələrdən, həmçinin dezinfeksiyaedici məhlullardan istifadə zəruridir. Eləcə də bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi, adiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən hotellərdə monitorinqlər davam etdirilir. Qaydalara əməl etməyən hotellər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək və cərimələr tətbiq olunacaq.

Oxşar xəbərlər

Bu sahələrin fəaliyyəti bərpa olunur
Bu gündən rayonlara gəliş-gediş açıldı
DİQQƏT: Bu qadağa aprelin 1-dək qüvvədə qaldı
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Karantin rejimi yumşaldıldı: Rəsmi qərar
DİN-dən bu həftə rayonlara getmək istəyənlərə müraciət
İctimai nəqliyyat bu tarixlərdə də işləməyəcək - Qərarda dəyişiklik
Bu şəxslərə 190 manat yenidən veriləcək - RƏSMİ
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandır
Kafe və restoranların fəaliyyəti dayandırıldı
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
DİN-dən postların ləğvi ilə bağlı AÇIQLAMA
Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi? - AÇIQLAMA
Bu tarixdən SMS icazə ləğv edilə, metro açıla bilər
Operativ Qərargah brifinq keçirəcək
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Fərdi tədris və repetitor xidmətlərinə icazə verilməyəcək
DYP-dən karantin postları ilə bağlı əhaliyə MÜRACİƏT
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Bu ay işsizlərə yenə 190 manat veriləcək? - AÇIQLAMA
Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə fərdi avtomobillərin hərəkəti necə olacaq? - AÇIQLAMA
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Hotellərə xüsusi loqo vurulacaq - RƏSMİ
Açıq məkanlarda da maska məcburi oldu