Hotellərə xəbərdarlıq edildi
27-01-2021, 16:04
53

Hotellərə xəbərdarlıq edildi

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar turizm sənayesinə müraciət edib.
Müraciətdə deyilir ki, yumşaldılma çərçivəsində məhdudiyyətlərin bir qisminin, o cümlədən “SMS” icazə sisteminin ləğv olunması, 25 yanvar tarixindən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması, xüsusilə, regionlarda yerləşən hotellərdə canlanma yaradıb:
"Əlbəttə, turizmdə canlanmanın yaranması sevindirici haldır. Ancaq unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda xüsusi karantin rejimi davam edir və virusun sürətlə yayılma təhlükəsi xoşagəlməz nəticələr verə bilir.
Bunu nəzərə alaraq, istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq.
Bildiririk ki, təhlükəsizlik məqsədilə xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, tibbi maska və digər qoruyucu vasitələrdən, həmçinin dezinfeksiyaedici məhlullardan istifadə zəruridir. Eləcə də bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir".
Müraciətdə daha sonra bildirilir ki, Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi, adiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən hotellərdə monitorinqlər davam etdirilir.
Qaydalara əməl etməyən hotellər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək və cərimələr tətbiq olunacaqdır.

Oxşar xəbərlər

Turizm agentliyinin sədrindən hotellərə üz tutanlara MÜRACİƏT
DİQQƏT: Bu qadağa aprelin 1-dək qüvvədə qaldı
Karantin rejimi yumşaldıldı: Rəsmi qərar
DİN-dən bu həftə rayonlara getmək istəyənlərə müraciət
Bu sahələrin fəaliyyəti bərpa olunur
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Bu gündən rayonlara gəliş-gediş açıldı
Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandır
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Operativ Qərargahdan maska ilə bağlı əhaliyə MÜRACİƏT
Bayram günləri karantin qaydalarını pozanlar cəzalanacaqlar
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Azərbaycanda televiziyalar fasiləsiz işləyəcək
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
190 manat bu ay veriləcək? - Hökumətdən vacib AÇIQLAMA
Kafe və restoranlar bu tarixdən işləyə biləcək
Xüsusi karantin qaydaları bu gündən qüvvəyə minib
Aztəminatlı şəxslərə yenidən 190 manat veriləcək
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu gündən bütün ölkə sərt karantinə keçdi - QAYDALAR
Bu şəxslərə 190 manat yenidən veriləcək - RƏSMİ
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
DYP-dən karantin postları ilə bağlı əhaliyə MÜRACİƏT
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı