Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
28-01-2021, 13:09
1 186

Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar

İkinci Qarabağ savaşı 44 günlük vətən müharibəsi, ərəfəsində bəzi, tanınmışların, məmurların övladları öz keflərində, biznesləri ilə məşğul olub orduya heç bir dəstək olmadılar. Bunlardan da biri Millət Vəkili Ülvi Quliyevin oğludur ki, adı ordumuza dəstək olan məmur övladları sırasında çəkilmədi.Yəni heç səsi belə çıxmadı.

Jurnalist Cavanşir Həsənli özünün Facebook profilində Milli Məclisin deputatı Ülvi Quliyevin oğlunun bu günlərdə Londonda 600 min funt sterlinqə (1 milyon 300 min manat) yeni mənzil almasına dair xəbər və alqı-satqı sənədlərinin fotolarını yerləşdirib.

Jurnalist C.Həsənli öz paylaşımında yazır: “Ölkədə pandemiya ilə əlaqədar karantin rejiminin davam etdiyi vaxtda Londonda 600 min funt sterlinqə (1.300.000 manat) ev alan şəxsin kimliyini maraq edirsiniz. Həmin şəxs Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadədir”.

Deputatın oğlu bu yaxınlarda İngiltərə paytaxtında, Avenue road, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait UGANO LTD vasitəsilə Hampshire Trust Bank PLC üzərindən ödənilib.

Bu ev Ülvi Quliyevin oğlunun Londonda aldığı sayca 5-ci evdir. Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb:

LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq)

LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq)

LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq)

LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).

Ülvi Quliyevin oğlu UGANO LTD-ni 2009-cu ildə Londonda təsis edib, şirkət ötən ilin iyul ayınadək GUANO LTD adı ilə fəaliyyət göstərib. 2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub. Orxan Quluzadə bu ilin əvvəlində Londonda ikinci şirkətini – MARKETING SOLE PROJECT LTD-ni təsis edib. Atası Ülvi Quliyev dərman biznesi ilə məşğuldur, “LOĞMAN FARM” tibb şirkəti də Orxan Quluzadənin adına qeydiyyatdan keçib”.
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar






Xeberal

Oxşar xəbərlər

Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
Sabiq nazir kürəkəninin Londondakı yeni mülkləri - FOTOLAR
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
İngiltərənin 18 yaşlı azərbaycanlı biznesmeni - Oliqarx deputatın oliqarx oğlu
Azərbaycanlı məmur oğluna Londonda 1 milyona ev aldı (FOTO/İDDİA) Yenilənib
Deputatın oğlu qonşu ölkəyə 50 milyon dollar sərmayə yatırdı
Milli Qəhrəman İlqar Mirzəyevin oğlu məsul vəzifəyə təyin olundu
Sərt karantin rejimi yanvarın 18-də başa çatır - Video
Azərbaycanda deputatın oğlu könüllü olaraq cəbhəyə yollandı
Abid Şərifovun nəvəsinin cənnət kimi istirahət mərkəzi - Fotolar
Meliorasiya və Su Təsərrüfatı ASC-nin pulu Londona axırmış - FOTOLAR
“Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram” - Şahbaz Quliyevin bacısı
Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid oldu
Şahbaz Quliyevin anası dünyasını dəyişdi
Tovuzun icra başçısı ilə bağlı ŞOK İDDİA... - Texnikaların Orduya dəstək verməsinə niyə qadağa qoyubmuş...
Xəzər rayon İcra baçısı iki oğlu Vətən savaşında iştirak edən ailənin evini sökdürdü- Prezidentə şikayət edilib FOTO/VİDEO
“Cəmil Həsənli mandata görə AXCP-dən istefa vermişdi” - deputat
Şuşanın yeni rəisi Akif Əlinin oğludur
Bu şəxslərə hər ay 360 manat PUL VERİLƏCƏK
İsmayıllıda tender müəmması... - İLGİNC FAKTLAR
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
“Şəhidlərimiz olan zaman şənlik keçirməzlər“ - Deputat
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazın Şuşadan çıxarıldığını TƏSDİQLƏDİ
Milli Məclisin daha bir deputatı koronavirusa yoluxdu - FOTO
“Kimliyindən asılı olmayaraq hər bir kəs karantin qaydalarına əməl etməlidir” – Mahir Abbaszadə
"Cənab Aslanov qüsl edib təmizlənəcək" - Dünənki çıxışdan sonra
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI