Deputat siqaretin bahalaşmasından danışdı: “Kimsə pul qazanmaq istəyir”
28-01-2021, 14:13
43

Deputat siqaretin bahalaşmasından danışdı: “Kimsə pul qazanmaq istəyir”

Tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə aksiz dərəcəsinin 31 manatdan 35 manata qaldırılması təklif edilir. Vergi Məcəlləsinə dəyişiklik məqsədilə edilən bu təklif Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev aksiz dərəcənin artırılmasını tütünlə mübarizə strategiyasına uyğun addım hesab edir. Onun fikrincə, aksiz dərəcəsinin artırılması BMT-nin Tütünlə Mübarizə Konvensiyasına uyğundur. Eyni zamanda sözügedən təklif “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn məsələdir. Millət vəkilinin qənaətincə, bütün bu addımlar qapalı məkanlarda, həmçinin digər qadağan olunmuş yerlərdə siqaret çəkilməsinin, ümumiyyətlə, zərərli vərdişlərin qarşısını almağa xidmət edir.
Maraqlıdır, aksiz dərəcəsinin artırılması, nəticə olaraq siqaretin bahalaşması tütün istifadəçilərinə siqareti tərgitdirəcəkmi?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas qiyməti qaldırmaqla insanları zərərli vərdişlərdən çəkindirməyin mümkünsüz olduğunu vurğulayıb:
“Sadəcə kimsə pul qazanmağı seçir. Siqaretin qiymətini əvvəllər də qaldırıblar, çəkən azalıb? Bəlkə 50 manat etsələr, heç kəs siqaret çəkməyə, yıxılıb ölə... Bu nə deməkdir? Çəkindirmə maarifçiliklə, təbliğatla mümkündür. Qiyməti qaldırmaqla camaat siqareti atacaq? O yolla insanları zərərli vərdişlərdən çəkindirmək mümkün deyil. Benzini qaldırırlar, camaat maşın sürmür? Mən artırılmasının tərəfdarı deyiləm, indi bəlkə başqa deputata zəng vursanız, o, 10 dəfə artırılmasının tərəfdarı olacaq, yanaşmalar fərqlidir”.

“Zərərli alışqanlıqlardan gələn vəsait mədəniyyətin inkişafına yönəldilir”
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qiymət artımını normal hesab etdiyini diqqətə çatdırıb:
“Qiymətin 2-3 dəfə artırılması siqaret çəkənlərin tamamilə həyatdan əlini üzməyi deməkdir. Yəqin ki, 10-20 faiz artar. Düzdür, siqaretin qiymətinin qalxmasına görə siqareti atan adamlar tanıyıram. Amma siqaret elə bir alışqanlıqdır ki, onu tərgitmək də çətindir. Adam var ki, “Siqareti tərgitmək asan işdir, mən 10-15 dəfə tərgitmişəm”, - deyir. Amma elə bu cümlədən də görünür ki, tərgitməyib.  Bildirim ki, xarici ölkələrdə siqaret çox bahadır. Hətta son illərdə Türkiyədə də bahalaşıb. Əslində, mümkün qədər baha olmasına normal baxıram. Hesab edirəm ki, dövlətin büdcəsinə həm siqaretdən, həm içkilərdən daha çox vəsait getməlidir. Hətta eşitmişdim ki, Baltikyanı ölkələrdə siqaret, alkoqol kimi məhsulların müəyyən bir faizi orada mədəniyyət büdcəsinə yığılır. Yəni zərərli alışqanlıqlardan gələn vəsait mədəniyyətin inkişafına yönəldilir”.

“Qiymət bahalaşdıqca cibəuyğun siqaretlərə ehtiyac yaranacaq”
Həmsöhbətimiz qeyd edib ki, əgər siqaretin aksiz dərəcəsini artırırlarsa, buradan gələn vəsait zərəri kompensasiya edən sahələrə yönəldilməlidir:
“Azərbaycanın xərcləri çoxdur, vəsaitə ehtiyac var. Kim də qiymətə görə tərgitmək istəyirsə, tərgitsin, uğurlar arzulayıram. Hələ ki mənim siqareti tərgitmək fikrim yoxdur. Hətta 10 il əvvəl siqaretə şeir də yazmışam. O mənada elə bir niyyətim yoxdur. Qiyməti hissə-hissə artırırlar, bəzən hiss etmirik, amma bir müddət sonra fərqinə varırıq. Məsələn, mənim başıma gəlib, bir siqareti uzun müddət çəkmişəm, daha sonra onun qiymətinin, doğrudan da, çox bahalaşdığını görmüşəm və daha münasib qiymətə olan siqaretə keçmişəm. Ona görə də qiyməti bahalaşdıqca cibəuyğun siqaretlərə ehtiyac yaranacaq”.

Oxşar xəbərlər

Azərbaycanda siqaretlər bu tarixdən yenidən BAHALAŞACAQ
Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
2000-ə yaxın şəxs cərimələnib - Qadağan olunmuş yerlərdə siqaret çəkən və...
Sərt karantin rejimi yanvarın 18-də başa çatır - Video
8 noyabr qeyri-iş günü olacaq
Millət vəkili cəbhə bölgələrində kommunal qiymətlərin aşağı salınmasını təklif etdi
Gələn il pensiyalar bu qədər artırılacaq - LAYİHƏ TƏSDİQLƏNDİ
Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi
Zəfər günü rəsmən bayram siyahısına DAXİL EDİLDİ
Azərbaycanda bu avadanlıq və qurğuların idxalı vergidən azad edilir
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclisdə qazilər və şəhid ailələri ilə bağlı dinləmə keçiriləcək
Bu gün Milli Məclisdə bu məsələlər müzakirə ediləcək
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Azərbaycanda deputatlar vaksinasiya olunacaq
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Deputatlar bu gün toplaşır
Gələn il pensiyalar neçə manat olacaq? - AÇIQLAMA
Milli Məclis 10 məsələyə görə yeni iclas çağırdı - GÜNDƏLİK
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
"Fransa ilə bütün əlaqələrə son qoyulsun" - deputatdan TƏKLİF
Hər il Zəfər Günü iş olmayacaq - VİDEO
Milli Qəhrəmanların təqaüdü artırılacaq - MƏBLƏĞ
Korrupsiyayla bağlı vəzifəli şəxslərə qarşı tələblər sərtləşdirilir
Pensiyalarla bağlı dəyişikliklər olacaq – Təfərrüat
Elektron siqaretlər qadağan edilməlidir – Professor
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Bəzi deputatlar və Aparatı əməkdaşları koronavirusa yoluxdu
Məhkəməyə müraciət etməzdən öncəki proses: Müddət uzadılır - TƏKLİF