Yas mərasimləri ilə bağlı qadağalar karantindən sonra yüngülləşdiriləcək?
6-05-2020, 01:00
171

Yas mərasimləri ilə bağlı qadağalar karantindən sonra yüngülləşdiriləcək?

Məlum olduğu kimi, koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq, kütləvi yas mərasimlərinin keçirilməsi qadağan edilib. Karantinin yas məclislərinə yeni düzən gətirdiyini də demək olar. Təşkil olunan mərasimlər zamanı mağar qurulmur və hər hansı mərasim evinə üz tutulmur. İnsanlar yas evinə gedir, başsağlığı verir, maddi yardım edir.

Qeyd edək ki, koronavirus epidemiyasının yayılması ilə əlaqədar olaraq, dünyanın bir sıra ölkələrində də kütləvi yas mərasimləri qadağan edilib. İtaliyada cənazə mərasimlərində 15 nəfərdən artıq insanın iştirakı qadağandır. Türkiyədə isə karantin qaydalarının pozulması və kütləvi cənazə namazının qılınması, bundan sonra dualların oxunması 60 nəfərin virusa yoluxması ilə nəticələnib.

Əslində Azərbaycanda uzun illərdir ki, yas, eləcə də toy mərasimlərində israfçılığın aradan qaldırılması müzakirə mövzularından biridir. Formalaşan bu ənənə karantindən sonra da davam edə bilərmi?

AXCP sədrinin müavini, ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında bildirib ki, İslam dinində yas mərasimi deyə bir anlayış yoxdur:

“Peyğəmbərlər də yas ənənəsi gətirməyib. Yas məclisi və aş qazanlarını dəbə salan dələduz ruhanilər olub. Çünki onlar öz qarınlarını doyurmaq üçün 3,7, 50, 52, cümə axşamları, il kimi qondarma məclislər quraşdırıblar ki, həmin günlərdə gedib ölü sahibindən pul alsınlar və qarınlarını doldursunlar. Halbuki İslamda bu yoxdur. Məhəmməd peyğəmbərin (s) nə sağlığında, nə də vəfatından sonra yas məclisi deyə bir şey olmayıb. Müsəlman vəfat edərsə, digər müsəlmanlar onun evinə yeməyə yox, kömək etməyə getməlidirlər. Özləri yemək, ərzaq aparıb, dəfndə iştirak edib, başsağlığı verərək geri dönməlidirlər. Karantin rejimi bir növü Allahın istəyini reallaşdırdı. Artıq elə bir durum yarandı ki, istər-istəməz yas Allahın istədiyi kimi icra olunmağa məcbur olundu”.

İlahiyyatçı böyük həvəslə karantindən sonra da bu ənənənin davam edəcəyini gözlədiyini dedi:

“Çünki yas mərasimlərinin yığcamlaşdırılması, israfsız həyata keçirilməsi haqda bir çox millət vəkillərimizin də uzun zamandır irəli sürdüyü təklif və fikirlər var. Millət vəkili Razi Nurullayev, Fazil Mustafa, Siyavuş Novruzov bu məsələ ilə bağlı ən çox narahat olan deputatlardandır. Hətta Razi Nurullayev öz anasının yas məclisində cah-cəlallı süfrə əvəzinə, sadə çay-xumra, limon təqdim edərək, bunun əvəzinə kəndin bərbad yolunun bir hissəsini təmir etdirmişdir. Biz ilahiyyatçılar da bunun tərəfdarıyıq”.

Oxşar xəbərlər

Türkiyədə ölkə boyu toy, nişan və digər mərasimlər qadağan olunacaq
Azərbaycanda bayram namazı necə qılınacaq? - RƏSMİ
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
“Payız karantininə indidən hazırlaşmalıyıq”
İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
Koronavirusa görə bayram namazı evlərdə qılınacaq
Azərbaycanda yüksək rütbəli məmur virusa yoluxub?
Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: “Özünüzü təhlükəyə atmayın!!!”
Almaniya karantindən belə çıxacaq - Detallar
Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
Sentyabrın 1-dən metro açılır?-AÇIQLAMA
Azərbaycanda daha 121 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Bu qadağa da aradan qaldırıldı
Ekspert: "Karantinin daha 15 gün və ya 1 ay uzadılması..."
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
“Evdə qal”ıb döyülənlər: Sığınacağa nə qədər qadın aparılıb?
Azərbaycanda din xadimi həbs edildi
Kralın öldürülən şəxsi mühafizəçisi belə dəfn edildi
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
Rusiya tarixində ilk dəfə prezident əbədi məşəl önünə tək gedəcək
"Bir qrup mafiozun əlində qalmışıq"
Belarusda aksiyalarda saxlanılan şəxsləri sərbəst buraxıblar
Azərbaycan Həkimlər Birliyi bəyanat yaydı - "İtkilərimiz daha çox ola bilər"
Azərbaycanda daha 38 nəfərdə koronavirus aşkarlanıb, 30 nəfər sağalıb