Azərbaycanda tütünün qiyməti niyə qalxır? – “Mən siqaret çəkməyi iki dəfə azaltmışam”
28-01-2021, 16:14
73

Azərbaycanda tütünün qiyməti niyə qalxır? – “Mən siqaret çəkməyi iki dəfə azaltmışam”

“Siqaretin qitmətinin artırılmasında iki məqsəd var. Birinci təbii ki, insanların səhhəti üçün zərərlidir, ikincisi, büdcəyə kifayət qədər vəsait daxil olacaq”.
Bunu açıqlamasında millət vəkili Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bütün dünya ölkələrində siqaretin qiyməti süni formada aksiz və vergilərə görə kifayət qədər qaldırılıb. Burada da səbəb qeyd olunan amillər olub.
R. Quliyeev bildirib ki, aksiz dərəcəsinin qaldırılması Azərbaycanda tütünçülüyün inkişafına da təsir edəcək: “Yerli istehsalçılar da bundan ağıllı istifadə etməlidirlər. 
Burada tək qiymətdən söhbət getmir, dünya ölkələrinin bir çoxunda siqaretin reklamı qadağandır, siqaret çəkilən yerlər məhdudlaşdırılıb, hər yerdə çəkmək olmaz. Mən özümdən misal çəkim, artıq siqaret çəkməyi iki dəfə azaltmışam, çünki çəkmək üçün müəyyən yer tapmalıyam, bu da ona gətirib çıxarır ki, siqaret çəkməyi avtomatik azaldırsan. Bu proses hər yerdə gedir”.
Millət vəkili bildirib ki, bu gün yerli istehsal 70-80 faizdən yuxarı təşkil edir: “Burada mən iki məqama toxunmaq istəyirəm: yerli brendlərin daha da inkişaf etdirmək lazımdır. İstənilən məhsulda yerli brendin öndə getməyi daha çox iqtisadiyyata uyğundur. Düzdür, dünyaca məşhur brendlərin burada istehsalı da yerli istehsal sayılır, amma daxil olan vəsaitin bir qismi məhz ada görə həmin brendlərin sahibinə verilir. Bu gün dünya marketinqində  keyfiyyətdən çox brendin özünə üstünlük verilir. 
İkinci məsələ, Azərbaycanda  tütünçülüyün inkişafı ilə bağlı cənab Prezidentin tapşırığı var. Əfsuslar olsun ki, biz sürətlə tütünçülüyü inkişaf etdirə bilmirik. Sovet dövründə Azərbaycanda 60 min tona qədər tütün istehsal olunub, satılırdı. Bu gün isə bu  rəqəm kifayət qədər azdır. 
Tütünçülük zonalarında tütün əkib, həmin keyfiyyətli, ətirli tütündən istehsalda istifadə edə bilsək, xaricə sata bilərik, həm də 10 minlərlə fermer işlə təmin olunar. Bu biznesdən əvvəl sosial məsələdir və buna kifayət qədər diqqət ayrılır. Mən həmişə təklif etmişəm ki, əkib, becərib, quru tütünün alıcısını axtarmaqdansa, dünyada olan beş-altı transmilli şirkətləri çağırıb onlarla saziş bağlamaq daha yaxşı olar. Tütünü istehsal edib satmaq yox, əvvəlcədən həmin şirkətlərin istədiyi keyfiyyətdə tütün əkmək daha məntiqli olar. 
Bir məqamı da deyim ki, 16 il əvvəl biz dünya təcrübəsindən istifadə edərək siqaretin reklamını qadağan etdik. Bu qadağa daha çox dünyada tanınmış siqaret satıcılarının xeyrinə oldu. Yerli məhsulların isə tanınmaq imkanı olmadı. Reklamın qadağan olunmasının yerli istehsala fəsadı oldu. Amma dünyada məşhur siqaret markaları var və bu gün onların reklama ehtiyacı yoxdur. 
İnanıram ki, əgər  bu biznes düzgün formada qurulsa, istənilən qazancı götürmək olar. Nəzərə alsaq ki, Avropa ölkələrinin çoxunda tütün istehsalına qadağa var, artıq subsidiyalar ayrılmır və belə bir situasiyada bundan səmərəli şəkildə istifadə etmək mümkündür”.

Oxşar xəbərlər

Deputat siqaretin bahalaşmasından danışdı: “Kimsə pul qazanmaq istəyir”
Peyvənd olunanlar spirtli içki və siqaretdən uzaq durmalıdır?
Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır
“Köşkü aparıb prokurorluğun qarşısına qoya bilmərəm”
Elektron siqaretdən istifadə yaşı 18-dən 26-ya qaldırıldı – Ağ ciyəri məhv edir
Avropada mentollu siqaretlərin satışı və istifadəsi qadağan edildi
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
Elektron siqaretlər qadağan edilməlidir – Professor
Azərbaycanda siqaretlər bu tarixdən yenidən BAHALAŞACAQ
“İnsanların cibinə girirlər” - Taksi xidmətləri qiyməti niyə qaldırır?
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
AZƏRBAYCANDA VARLILAR ÜÇÜN LÜKS HƏYAT TƏRZİ BAHALAŞIR - Yeni vergilərin tətbiqi nə vəd edir?
"Bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!?" - İlham Əliyevdən sərt XƏBƏRDARLIQ
Prezidentdən neftin qiyməti ilə bağlı AÇIQLAMA
Maşın bazarında nə olacaq?  - “Çıxış yolu qalmır”
Türkiyədən Naxçıvana dəmiryolu xətti çəkiləcək
Prezidentdən rüşvətxor məmurlara xəbərdarlıq: “Buna son qoyulmalıdır”
Prezident BBC-nin müxbirinə: “Ad çəkə bilmirsinizsə, deməli hekayə uydurursunuz”
Bakıda 65 milyona torpaq sahəsi satılır
“Ucuz yanacağın qonşu ölkələrə qanunsuz daşınmasının qarşısı alınacaq” - Ekspert
Türkiyədə həftəsonu küçəyə çıxmaq qadağan edilib
“Əsgərlərə siqaret satanlar, yeməyini kəsənlər güllələnsin” — Hafiz Hacıyev
"Peyvəndin tətbiqinə qədər qapanmalar olacaq" - TƏBİB
Karantin sərtliyi geri qaytarılmalıdır - Diqqət, TƏHLÜKƏ!
Digər ölkələrdə benzin və dizel neçəyədir? - Siyahı
Tütün istehsalı ilbəil azalır: Siqaret monopolisti Rüfət Quliyev isə 3 dəfə deputat seçildi - Himayəçisi kimdir?
Deputat BNA-nı TOPA TUTDU - "Sosial şəbəkələrə baxsınlar, minlərlə insan şikayətlənir"
Azərbaycanda nə vaxt toy keçirmək mümkün olacaq?
Ərzaq və kənd təsərrüfatı məhsulları bahalaşacaq - Gözlənti
Prezidentin köməkçisi: “Kifayət qədər resurslarımız var”