Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva ali təhsil müəssisəninin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsəməsinə münasibət bildirib.
Bununla bağlı "Report"a açıqlama verən rektor bildirib ki, D.Əliyeva 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
"Payız semestrinin imtahan sessiyanın başlanması ilə əlaqədar onun vəzifəsini müvəqqəti icra edən şəxs tələbələrə sessiya müddəti, dərs cədvəli, təhsil haqqının ödənilməsi və s. barədə məlumat verərkən, məlum olub ki, təhsil haqqını şöbə müdiri özü tərəfindən keçirəcəyi adı ilə qeyri-qanuni olaraq tələbələrdən şəxsən yığıb, lakin büdcəyə ödəməyib. Halbuki maliyyə əməliyyatlarının aparılması üçün universitetin inzibati binasının I mərtəbəsində “Kapital Bank” tərəfindən müvafiq elektron qurğu – ödəmə terminalı yerləşdirilib.
Bu məsələ ilə bağlı Qiyabi və əlavə təhsil şöbəsində təhsil ödənişləri vəziyyətinin araşdırılması məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək D.Əliyeva tələbələrdən təhsil haqlarını ya öz bank hesabına keçirilməsi vasitəsilə əldə edib və ya onlarla müxtəlif yerlərdə görüşüb həmin vəsaiti yığaraq mənimsəyib.
Yaradılmış komissiya tərəfindən araşdırma zamanı bu vəsaitin təxminən 140 min AZN miqdarında olduğu müəyyənləşdirilib.
Məsələyə tam aydınlıq gətirmək məqsədilə, Qiyabi və əlavə təhsil şöbəsinin sabiq müdiri D.Əliyeva universitetə dəvət edilib və ondan izahat tələb olunub. D.Əliyeva şifahi izahatında tələbələri aldadaraq onlardan müxtəlif məbləğdə vəsait yığdığını etiraf edib.
Komissiya üzvləri ona sözü gedən vəsaitin ən qısa müddətdə universitetin büdcəsinə qaytarılmasının zəruriliyini bildirmişlər. Lakin D.Əliyevanın mənimsədiyi vəsaitin göstərilən müddət ərzində qaytaracağına söz verməsinə baxmağaraq, əməl etməmiş, növbəti dəfə dəvət olunarkən universitetə gəlməkdən imtina etmiş, komissiya üzvlərini şantaj etmiş, daha sonra zənglərə cavab verməmiş, yaşadığı mənzildən çıxaraq naməlum ünvana köçmüşdür.
Son günlərdə məlum olmuşdur ki, D.Əliyeva müxtəlif işlər düzəltmək məqsədilə (Diplomun tanınması, Milli Məclisdə işə düzəltmək, məktəbə, uşaq bağçasına direktor vəzifəsinə düzəltmək, ev alqı-satqısı və s.) universitetə aid olmayan digər şəxsləri də aldadaraq külli miqdarda vəsait mənimsəmişdir.
Bu məsələ ilə bağlı məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılmış, inzibati orqanlara bildirilmişdir.
Onun 0,5 ştat müəllim kimi fəaliyyət göstərməsi məsələsi universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müzakirə olunaraq müəllim adına yaraşmayan, mənəvi cəhətdən qüsurlu hərəkətlərinə görə müəllimlik fəaliyyətinə də xitam verilmişdir", rektor bildirib.
100-dən çox tələbənin təhsil haqqını mənimsəyən şöbə müdiri şantaj edir - Rektordan etiraf
29
yanvar
11:06

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri işdən çıxarıldı
Ali məktəblərdə imtahanlar bu qaydada keçiriləcək
13 mindən çox tələbənin təhsil haqqını dövlət ödəyıb
Azərbaycanda bu tələbələrə 250 manat təqaüd verilə bilər - AÇIQLAMA
Təhsil Şöbəsinə yeni müdir təyin olundu
Virtual dərslərin dəyişməz cədvəli olmalıdır - Təhsil Nazirliyi
Azərbaycanda vəzifəli şəxs COVID-19-a yoluxdu
Təhsil Nazirliyində yeni təyinat - FOTO
Təhsil Nazirliyi: Hər partada bir şagird oturacaq
Göyçay rayon Təhsil şöbəsinin müdiri iş otağında dünyasını dəyişdi
SDU dövlətin qanunlarını tanımır?.. - ATU-da da eyni mənzərədir...
Rektordan Nazirlər Kabinetinin qərarına hörmətsizlik - İLGİNC FAKT
Teledərslərin bu günə olan cədvəli açıqlanıb
Təhsil Nazirliyi qələbə ilə bağlı əmr hazırlayır - RƏSMİ
Nazirlik tələbələrə müraciət etdi
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
Nazirlikdən payız tətili ilə bağlı AÇIQLAMA
Qış tətili ləğv olunub? - Təhsil Nazirliyindən AÇIQLAMA
Şagirdlərin qış tətili olacaqmı? - RƏSMİ AÇIQLAMA
"Dərs vaxtı"nın sabaha olan cədvəli
Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
Partiya sədri Təhsil nazirinə səsləndi: Bizdəki təhsil haqqı daha çox təhsil həvəsinə qoyulan cərimədir
“Kaspi” Təhsil Mərkəzi bağlanır? - RƏSMİ CAVAB
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Sentyabrın 15-də “Bilik günü” keçirilməyəcək - RƏSMİ
Azərbaycan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
Məktəbə gül və şar aparmaq olmaz - Valideynlərə xəbərdarlıq
- Şokoladdan imtina orqanizmə necə təsir edir?
- Bred Pittin oğlu onu tənqid etdi - FOTO
- Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
- Qəhvənin gözlənilməz FAYDALARI
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Azərbaycanda orta və yaşlı əhali PEYVƏND OLUNACAQ
- Azərbaycanda orta və yaşlı əhali peyvənd olunacaq
- Dönərxanalardakı növbəti yoxlamaların nəticələri açıqlandı
- Xəyanətə meylli 3 BÜRC
- İlham Əliyev və Paşinyanın görüşü barədə razılıq yoxdur
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik