4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
29-01-2021, 12:11
94

4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən "Bakı Şəhər İşığı” Eleketrik Şəbəkə Müəssisəsi nəqliyyat və xüsusi texnikaların satınalmasını həyata keçirib.
Qaynarinfo xəbər verir ki, 754 min 997 manat 4 qəpik məbləğində olan tenderi "Az-Tex-İmport” MMC qazanıb. 
Tenderin şərtlərinə görə, "Az-Tex-İmport” "Bakı Şəhər İşığı”na xüsusi təyinatlı 3 texnika satacaq. Xüsusi təyinatlı texnika dedikdə nəyi nəzərdə tutduğu açıqlanmayıb. 
 

Qeyd edək ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyətin 19.07.2017-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 226 010.00  manat olan MMC-nin hüquqi ünvanının Baki şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290, qanuni təmsilçisinin İbadullayev Samir Sahib oğlu olduğu qeyd olunub.
Samir İbadullayevin qanuni təmsilçisi olduğu daha bir şirkət var. Amma həmin şirkət başqa ünvanda qeydiyyata alınıb. Belə ki, 6 oktyabr 2016-ci il tarixdə yaradılan Arletta MMC-nin hüququ ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR ev 66 m.25 göstərilib. 
"Az-Tex-İmport” şirkəti keçən ilin apel ayından başlayaraq dövlət satınalmalarında iştirak edir. 9 ay ərzində 10 tender qazanıb. 
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarələrinin indiyə kimi adı çəkilən şirkətlə 5 513 186 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 
- Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Fəvvarələrin İstismarı İdarəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 967 775.82 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da idarə göstərilən məbləğə 4 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
- Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 945180 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 5 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
- Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyat İdarəsi tərəfindən 09.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 717 773.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
- Bakı şəhər İcra Hakimiyyətinə tabeli,Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A ünvanında yerləşən Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 08.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 980 913.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da, müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
- Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 07.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 912 820.86 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
- Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 01.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 988 722 manat məbləğində müqavilə 04.12.2020-ci il tarixdə bağlanılıb. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da, müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Şirkətin udduğu daha 2 tenderi isə BAKUBUS və BNA keçirib. Belə ki, BAKUBUS-un 27 aprel 2020-ci il tarixində keçiridiyi və məbləği 2 milyon 888 min 493 manat 69 qəpik olan satınalma, BNA-nın 24 sentyabr 2020-ci il tarixində keçirdiyi və dəyəri 294 min 900 manat olan satınalma "Az-Tex-İmport”a verilib.

Oxşar xəbərlər

BNA 2.8 milyonluq “zapçast” alır
Dövlət Məşğulluq Agentliyinin işbirliyi qurduğu MMC-lər kimlərə məxsusdur? - İLGİNC FAKTLAR
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM
Natiq İbrahimov LDU-da əlinə düşən fürsətdən hansı yollarla yararlanır? - İTTİHAM
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
“Qaçqınkom” fərdi yaşayış evlərinin təmirinə orta hesabla nə qədər vəsait ayırır,nə qədər silir?
Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir?
Ağstafa icra hakimiyyətinin şübhəli ortaqları... - Yeni başçı da köhnə başının yolu ilə gedir...
Xalid Ələkbərov Qüdrət Şükürovon adını və əməllərini hələ də yaşadır - “Lifttəmir”-də ŞÜBHƏLİ MƏQAMLAR
Həbs olunan “Azərxalça” şefinin BİZNES ORTAQLARI... - Onların da İŞİ YAŞDIR...
Alimpaşa Məmmədov hələ də öz ampulasındadır - İTTİHAM
Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır
“Azərlotereya” ASC niyə Türkiyə şirkətinə idarəetməyə verildi? - İLGİNC İDDİA
Anar Kərimov da BACARMADI... - İLGİNC FAKTLAR
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Əhməd Əhmədzadə oliqarx kadrlarının sayını belə artırır - İTTİHAM
"ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA
Yaşar Həsənovun İSTİLİKLİ YEYİNTİSİ... - İDDİA
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
Yeni yaradılan şirkət ləğv olunur
TƏBİB-ə tabeli tibb müəssisələrində dəftərxana biznesinə kimlər nəzarət edir? - GƏLİŞMƏ
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
Camaat canının hayına qalanda...
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
İnam Kərimovun Dövlət Toxum Fondunda baş verənlərdən xəbəri varmı? - FAKTLAR
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
Atasına qızıldan heykəl qoyduran başçının şübhəli tender ortaqları - İLGİNC
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
BNA "sevimli" şirkətinə 500 min manatlıq tender verdi