Sabiq icra başçısının məhkəməsi başladı
29-01-2021, 14:23
81

Sabiq icra başçısının məhkəməsi başladı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 12-ə təyin edilib.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. (APA)

Oxşar xəbərlər

Sabiq icra başçısı və birinci müavininin məhkəməsi başlayır
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Sabiq icra başçısının həbs müddəti uzadıldı
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Həbs olunan daha bir icra başçısının oğlu müstəntiq təyin edildi
Məhkəmə Vilyam Hacıyevin şikayətini təmin etmədi
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
DTX-nın həbs etdiyi vəzifəli şəxsin yerinə təyinat oldu
Həbsdəki sabiq icra başçısı koronavirusa yoluxdu
İcra başçısına yeni müavin təyin edildi
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
DTX tərəfindən saxlanılan icra başçısının məhkməsi başlayır
Bu gün Vilyam Hacıyevin şikayətinə baxılacaq
Yevlaxın sabiq icra başçısının işi məhkəməyə göndərildi
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
DTX tərəfindən saxlanılan icra başçısından XƏBƏR VAR
İcra başçısından yeni təyinat
İcra başçısının həbs müddəti artırılır
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun şikayətinə baxıldı
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Sabiq baş memarın həbs müddəti uzadıldı
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrinin məhkəməsi başlayıb