Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı
29-01-2021, 22:16
226

Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun iclası keçirilib.

Prezidentin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb.

Qərargahın nəzdində müxtəlif işçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Həmin işçi qruplarından biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.

Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə işçi qrupun iclası keçirilib. İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak edib.

Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.

İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.

İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat vermiş, bir sıra əlavə təkliflər səsləndirib.

Oxşar xəbərlər

Prezident Administrasiyasında Qarabağa dair iclas keçirildi - Qərargah yaradıldı
“Şuşanın baş planının hazırlanmasına başlanılıb” - Samir Nuriyev
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
Şuşada 11 məscid yox edilib
İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlandı
Prezidentin Şuşa ilə bağlı tapşırığı…
Qarabağda xristian abidələri də təmir olunacaq - RƏSMİ
Mehriban Əliyeva Zəfər muzeyi ilə bağlı tapşırıq verdi
İşğaldan azad edilmiş ərazilərdə bu müəssisələr də yaradılacaq - Nazirlik
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Tərtərdə ziyan dəymiş 796 obyektə baxış keçirilib
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Baş nazir azad olunmuş ərazilərlə bağlı iclas keçirdi
Azərbaycan Sakit Okean Alyansının forumuna qatılıb
Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənəcək?
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
DTX-nın həbs etdiyi rəisi o əvəzlədi - Nazirlikdə yeni təyinat (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı
Füzuli nəqliyyat qovşağına çevriləcək
Laçın rayonunda hərbçilərə bayram sovqatı çatdırıldı
Çingiz Əsgərova yeni vəzifə verildi
Ağdamın işğaldan azad olunan ərazilərində 700 hektar taxıl əkildi
May-iyun aylarında Şuşada “Xarı bülbül” festivalı keçiriləcək
Monitorinqin nəticələri açıqlandı
Leyla Əliyeva Qarabağla bağlı tapşırıq verdi