Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı
30-01-2021, 12:35
154

Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı

Azərbaycanın nəhəng tikinti şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin (VÖEN – 1000085511) dövlət büdcəsinə 1 milyon 451 min 373 mnat 61 qəpik vergi borcu var.

PİA.az xəbər verir ki, 2013-cü ildə etibarən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" adı ilə fəaliyyət göstərən ASC 2013-cü ilə kimi "Azərkörpü" adı ilə fəaliyyət göstərib. "Azərkörpü" ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.

Qeyd edək ki, açıqlanan məlumatlara görə “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin əsas səhimdarlarının (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızıdır.

Məlumat üçün bildirək ki, Şərifova Sədayə Yaqub qızı 27.07. 2001-ci ildə dövlət qeydiyyatına alınan “Kəpəz-S” Firmasının da 3 ortağından biridir. Hazırda bu şirkətin də dövlət büdcəsinə 1 739 manat 91 qəpik borcu var.

Abid Şərifovun həyat yoldaşından başqa qızının da dövlət büdcəsinə vergi borcu var. Baş nazirin sabiq müavini qızı – Mahmudova Təranə Abid qızının qanuni təmsilçi olduğu “Güvən 2017” MMC-nin də dövlət büdcəsinə 240 manat vergi borcu var.

Onu da qeyd edək ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkətinin də maliyyə vəziyyəti ürəkaçan deyil. “Abeona Global Limited” şirkətinin aktivləri 2018-ci ildə 259 min 626 funt-sterlinq ( 343 min dollar) olduğu halda, 2019-cu ilin sonunda bu göstərici kəskin şəkildə azalaraq cəmi 16 funt-sterlinq (21 dollar) olub.

Müvafiq qurumlarının açıqladığı məlumatlarda qeyd olunur ki, “Abeona Global Limited” şirkətinin bank hesabında cəmi 16 funt-sterlinq vəsait var.

1991-ci ildə anadan olan Nicat Mahmudov eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovun qızı – Təranə Mahmudova isə Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir. Təranə Mahmudova eyni zamanda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur. Abid Şərifovun oğlu Elçin Şərifov isə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialına rəhbərlik edib.

yeniavaz.com

Oxşar xəbərlər

Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Azərbaycandan xaricə milyonlarla dollar məhsul satan bu şəxslər vergiləri vaxtında ödəmirlər - SİYAHI
“Azərbaycan Sənaye Korporasiyası”na daxil olan şirkətin dövlətə - 77 min manat borcu var
Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT
Abid Şərifovun nəvəsinin cənnət kimi istirahət mərkəzi - Fotolar
"Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 9 milyonu keçdi
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Misir Mərdanovun qızı “Azəriqaz”ı məhkəməyə verdi: “Göyərçin" Uşaq Bağçası etiraz edir...
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri AÇIQLANDI – Moskvada...
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
Dövlət qurumu milyonluq vergi borcu olan şirkəti qalib etdi
BNA rəhbərinin 3 milyonluq şübhəli tenderi: Dövlətin pulu dəniz...
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Məşhur holdinqin şirkəti ləğv olundu
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Azəriqaz” məşhur iş adamını məhkəməyə verdi - FOTOFAKT
Bakı İcra Hakmiyyətində şübhəli tender: vergi borcu olan 4 şirkət qalib elan olunub - Detallar
İcra hakimiyyətindən yarım milyonluq müəmmalı tender: Eyni şəxsin iki şirkəti...
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
UEFA-dan "Qarabağ"a 1 milyon 140 min, “Neftçi”yə 780 min avro
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
UEFA Azərbaycan klublarına pul ödədi
Ağstafa icra hakimiyyətinin şübhəli ortaqları... - Yeni başçı da köhnə başının yolu ilə gedir...
İsmayıllı icra başçısından “parlaq” tender – Faktlar
Əli Həsənov bağlanan şirkətlərin ona aid olduğunu etiraf etdi - FOTO
Fond rəhbəri 19 milyonluq müqavilə bağladı – Bakıda məcburi köçkünlərə bina tikilir
“Akkord”un dövlət büdcəsinə 4 milyon manat borcu var