Qarabağda hərbi əməliyyatlar başlayandan dərhal sonra sosial şəbəkələrin Azərbaycan seqmentində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırıldığı haqda xəbərlər yayılmağa başlayıb. Amma həmin vaxt deyilənlər təsdiqlənmədi, Müdafiə Nazirliyinin saytında digər generallarla yanaşı Nəcməddin Sadıkovun da yer aldığı foto peyda oldu.
Bundan bir neçə gün sonra Azərbaycan Müdafiə Nazirliyinin saytından Baş Qərargah rəisi haqda məlumatlar çıxarılıb. Nəcməddin Sadıkovun ardından bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad edilib. Həmin gündən Nəcməddin Sadıkovun yeri haqda ən müxtəlif xəbərlər gəlməkdədir. Son xəbərə görə, onun səhhətində ciddi problemlər var və müalicə üçün Moskvaya üz tutub, xəstəxanalardan birində əməliyyat olunub. Müdafiə Nazirliyinin Sadıkovla bağlı açıqlaması da onun harada olması sualına aydınlıq gətirməyib.
Qurumdan Nəcməddin Sadıkovla bağlı suala “Hazırda hərbi xidmətdə deyil” cavabını verməklə kifayətləniblər. Nəcməddin Sadıkovun vətənə xəyanətdə ittiham edilməsi haqda xəbərləri isə təkzib ediblər. Maraqlıdır ki, onun vəzifəsindən azad edilməsi haqda prezident sərəncamı olmayıb.
Nəcməddin Sadıkovun müəmmalı şəkildə “yoxa çıxmasına” münasibət bildirən millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas bir müddət əvvəl açıqlama verərək onun ev dustağı olduğunu demişdi: “Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb. Görünür həm də müharibə başlayan kimi kənarlaşdırılıb. Ola bilsin, günahları var, ya nələrisə varsa, bunu yalnız dövlətin xüsusi xidmət orqanları, bir də Müdafiə Nazirliyi bilər ki, nəyə görə kənarlaşdırılıb. Ayrı kimsə bilə bilməz. Deməli, səhvləri vardı, nələri vardı, ya etibarını itirmişdi, təbii ki, mənim nəzərimcə, ona görə də kənarlaşdırıldı. Onun harada olduğunu mən bilə bilmərəm ki... Fikrimcə, yəqin ev dustaqlığındadır. Çünki görünmürsə, eləmirsə... Həbs olunsa, mətbuata çıxardı, bir generalın həbs olunmağını gizlətmək olmazdı axıE Yəqin evində, villalarının birində ev dustağı olar. Bu məsələnin rəsmiləşməməsi dövlətin xüsusi xidmət orqanlarının işidir. Mən tələb edə bilmərəm ki, sən bunu niyə rəsmiləşdirmirsən? Hər dövlət orqanının öz işi var, onu da yəqin ki bir gün açıqlayar. Bunu Müdafiə Nazirliyindən soruşa bilərsiniz ki, sizin o general vardı e, haradadır bəs? Milli Məclisin Müdafiə Komitəsinin üzvü, hətta Milli Məclisin sədri də onun barəsində məlumatsız ola bilər”.
Vətən uğrunda müharibənin getdiyi günlərdə Nəcməddin Sadıkovun 3-cü tərəfə məlumat ötürməklə bağlı tutulduğu haqda xəbərlər vardı və bildirilirdi ki, Nəcməddin Sadıkovu və Rövşən Əkbərovu tutduqları vəzifədən qovublar. Əkbərovun ölkədən getməsinə imkan verilsə də, Sadıkova belə bir imkan tanınmayıb. Bloger Həbib Müntəzir Nəcməddin Sadıkovun səhhətində ciddi problem yarandığı üçün Moskvada açıq ürək əməliyyatı keçirməsi xəbərinin doğru olmadığını yazıb.
“Müdafiə Nazirliyi də rəsmi olaraq bildirib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil. 27 illik Baş Qərargah rəisi ordu sıralarından ehtiyata buraxılıb. Amma məndə olan dəqiq məlumata görə, Qəbələdə, Qafqaz-Tufandağ hotelində, 8 qoruması ilə birgə, VİP otağında dincəlir. Onun səlahiyyətlərini isə rəsmi olmasa da general-leytenant Kərim Vəliyev həyata keçirir”, - deyə bloger qeyd edib.
Nəcməddin Sadıkovun vəzifəsindən qovulması barədə prezident sərəncamı yoxdur. Kərim Vəliyevin müvəqqəti olaraq həmin vəzifəni icra etdiyi bildirilir. İddiaya görə, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi postuna Kərəm Mustafayevin namizədliyi nəzərdən keçirilir. Hazırda müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı olan Kərəm Mustafayev 1962-ci ilin 1 iyul tarixində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 1983-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri məktəbini, 2002-ci ildə Naxçıvan Dövlət Universitetini, 2006-cı ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. Hərbi xidmətə 1983-ci ildə SSRİ Silahlı Qüvvələri tərkibində tağım komandiri kimi başlayan Kərəm Mustafayev SSRİ dağılana qədər müxtəlif hərbi hissələrdə baş bölük komandiri və tabor komandiri vəzifələrinə qədər yüksəlib.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tabor komandiri kimi işə başlayan zabit qısa müddət ərzində Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın qərargah rəisi-briqada komandirinin müavini, Əlahiddə Gücləndirilmiş Motoatıcı briqadanın komandiri, Motoatıcı diviziya komandiri, Ordu korpusunun komandiri vəzifələrinə qədər yüksəlib. 14 may 2014-cü il tarixdə müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub. Kərəm Mustafayevin namizədliyinin nəzərdən keçirilməsinin isə onun Türkiyə Silahlı Qüvvələri ilə isti münasibətlərinə söykəndiyi qeyd olunur. Hələ 2-ci Qarabağ müharibəsindən əvvəl Türkiyə Milli Müdafiə Nazirliyinin ən sıx əlaqə saxladığı general Kərəm Mustafayev idi. Ötən il iyulun 12-də ermənilərin Tovuz rayonuna hücumları bitəndən dərhal sonra Türkiyənin milli müdafiə naziri Hulusi Akar Naxçıvana səfər etmiş və iyulun 17-də Kərəm Mustafayevlə görüşmüşdü. 2-ci Qarabağ Müharibəsində Naxçıvan xüsusi təyinatlılarının qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində uğurlara imza atmaları Kərəm Mustafayevin nüfuzunu bir qədər də artırıb. Hətta belə xəbərlər də var ki, Nəcməddin Sadıkov “itkin düşəndən” sonra Ankara ilə bir sıra önəmli görüşlərə Kərəm Mustafayev göndərilib. Müharibədən sonra, dekabrın 24-də Kərəm Mustafayevin Ankaraya səfər etməsi və Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülərlə başa-baş görüşməsi də ona göstərilən böyük etimaddan xəbər verir. Bu baxımdan Kərəm Mustafayev Baş Qərargah rəisi postuna ən şanslı namizəd hesab edilir. Əlbəttə ki, son söz ölkə başçısınındır.
“Yeni Müsavat”
Kərəm Mustafayev Nəcməddin Sadıkovun yerinə gətirilir - İDDİA
30
yanvar
12:39

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Nazir Nəcməddin Sadıqovun general olan bacısı oğlunu İŞDƏN ÇIXARDI
Nəcməddin Sadıkov Moskvada əməliyyat olundu
İzləri Qarabağ müharibəsində itən 2 generalın sirri - Sadıkovla Əkbərov haradadır?
Nəcməddin Sadıkov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Kimlər general rütbəsinə təqdim olunub? - Nazirin bacanağı, rəisin bacısı oğlu... - SİYAHI
Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?
Nəcməddin Sadıkov hara yoxa çıxıb? - Video
“Nəcməddin Sadıkov villalarının birində ev dustağıdır”
Nəcməddin Sadıkovun qızı Emin Ağalarovla nişanlandı - Fotolar
“Bu hadisədə sui-qəsd elementləri var” - Pilotun ölümündə Sadıkovun “əli” var?
“Əsgərlərə siqaret satanlar, yeməyini kəsənlər güllələnsin” — Hafiz Hacıyev
Nəcməddin Sadıxovun oğlunun 636 min manatlıq borcu … - FOTOFAKT
Nəcməddin Sadıkovun yerinə kim təyin olunacaq? – SÜRPRİZ NAMİZƏDLƏR
Ramiz Zeynalov vəzifəsindən azad edilməyib? - YENİLƏNİB
Hulusi Akar Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Təltif edilməyən generallar - SİYAHI
Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağ haqda yenilik
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Düşmən ordusunun polkovnik-leytenantı MƏHV EDİLDİ
MN Tibb Baş İdarəsinin rəisi Rəşad Behbudovdur yoxsa Elxan İbrahimov?
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
Ermənistanın keçmiş baş qərargah rəisi “metallolom” satırmış
Prezident onlara general rütbəsi verdi
Zakir Həsənov generalı vəzifəsindən azad etdi
Mirqafar Seyidov işdən çıxarıldı
General-mayor vəzifədən azad olunub.
Ramiz Zeynalov vəzifədən azad olundu
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Çin Azərbaycan Ordusunun gücü haqqında: “Qarabağda gedən müharibə zamanı...”
- Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü — EKSKLÜZİV
- Azərbaycanda bu şəxslər işdən çıxarılır
- Moskvanın MƏKRLİ PLANI - Rusiya Xankəndinin işğalını qanuniləşdirmək istəyir
- Elton Hüseynəliyev: “Qadınla kişi arasında söz-söhbət olubsa, günah kişidədir”
- "Putin Türkiyəyə gedəcək?" - Kreml açıqlama yaydı
- Azərbaycan əhalisinin sayı AÇIQLANDI
- İlon Maskın 74 yaşlı anasının bikinili FOTOSESSİYASI
- Rusiya XİN-dən Ermənistandakı etirazlarla bağlı AÇIQLAMA
- Almaniya kəşfiyyatı rusiyalılara xəbərdarlıq edib
- Masallıda istirahət mərkəzində yanğın - Xəsarət alan var
- Deputat Şuşada baxıl geyinilməsinə belə yanaşdı: "Baxır kimin ayağı... "
- Finlandiya parlamenti NATO-ya müraciəti təsdiqlədi
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar