Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" proqramının qonağı olub. deyib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə sənətçilərin ünvanına yazılanlara sərt cavab verib:
"Nəsə yardım edəndə onu tərifləmələrini istəmirəm. Amma adamın qəlbini qırmaq olmaz. Mən dincəlməmişəm, yatmamışam, çalışmışam. Əlimdən gələn köməkliyi etmişəm. Bizim pulumuz guya nə qədərdir? Bir gün toya gedəndə, beş gün üzü üstə yatmışam. Səs-küydən başımız ağrıyıb. Bir ildir evdə oturmuşuq. Kimsə çıxıb dedi ki, bunlar necə dolanır? Bütün xalq üçün nəsə edə bilmərəm. Ancaq ətrafıma əl tutdum”.
Xanım sənətçi pandemiya dövründə qızıllarını da satdığını deyib:
“Evdə oturmaqdan gərginləşirik. Toy çətindir, bunu bütün sənət adamları bilir. Amma bu əziyyətə baxmayaraq, pandemiya başlayandan gərginik. İnsanlar elə başa düşür ki, nəsə çatışmazlıqdan, aclıqdan edirik. Bu, sənət aclığıdır. Bu durum bizi öldürür. Yığışardıq, oxuyardıq. Bütün sənət dostlarım üçün darıxıram. Bir tikə şor-çörəklə doyan adamam. Qızıllarımı satmışam, yemişəm. Narahat həyat yaşayırıq”.