Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
7-05-2020, 18:32
146

Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO

“1 mart 2020-ci ildə Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər:
“Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq. Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər”.
Sədr qeyd edib ki, buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur:
“Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər”.
“XI sinif buraxılış imtahanlarının iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarından asılı olaraq, imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq. Buraxılış vərəqələri imtahan tarixindən 5-7 gün əvvəl DİM-in saytında yerləşdiriləcək”, - deyə M. Abbaszadə əlavə edib.
DİM-in sədri qeyd edib ki, buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur:
“Məzunlar buraxılış imtahanında, əvvəlki illərdə olduğu kimi, hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər”.


Oxşar xəbərlər

Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Qəbul imtahanlarının vaxtı açıqlandı — RƏSMİ AÇIQLAMA
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
DİM abituriyentlərə müraciət edib
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
Qəbul imtahanlarının ilkin tarixi açıqlandı
Bir nəfər yüksək hərarətə görə imtahana buraxılmadı
Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı
DİM sədri elektron ərizə qəbuluna münasibət bildirdi
"Yenidən imtahan keçirilməyəcək" - DİM
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Kolleclərə də sənəd qəbulu başlayır
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Sınaq imtahanı pulsuz oldu
Buraxılış imtahanlarının nəticəsi nə vaxt bilinəcək? - RƏSMİ
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib
Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
Təhsil nazirinin müavinindən imtahanlarla bağlı MÜHÜM AÇIQLAMA
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Qəbul imtahanları başlayıb