“Baku Bus” niyə ziyanla işləyirdi? - şirkətin BNA-dan alınma səbəbi
3-02-2021, 14:45
117

“Baku Bus” niyə ziyanla işləyirdi? - şirkətin BNA-dan alınma səbəbi

"Baku Bus" MMC-nin İnvestisiya Holdinqinin idarəedilməsinə verilməsindən sonra avtobuslarda gediş-gəliş qiymətləri arta bilər.
Bunu Axar.az-a “Baku Bus”un İnvestisiya Holdinqinə verilməsinin səbəbləri və nəticələri barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, MMC ziyanla işlədiyi üçün İnvestisiya Holdinqinin idarəedilməsinə verilib:
“İnvestisiya Holdinqinin yaradılmasına səbəb dövlət şirkətlərinin rentabelli işləməsinə şərait yaradılmasıdır. Yəni izafi xərclərin azaldılması, ziyanla işləmənin qarşısının alınması və gəlir əldə edilməsini təmin etməkdir. Şirkətlərin İnvestisiya Holdinqinin idarəedilməsinə verilməsi o deməkdir ki, bu qurumlar ziyana işləyir. MMC-nin idarəetmə mexanizminin dəyişdirilməsi gələcəkdə qərarvermə mexanizmlərinin də İnvestisiya Holdinqi tərəfindən həyata keçiriləcəyindən xəbər verir. BNA bundan sonra yalnız əməliyyat idarəetməsini həyata keçirə bilər. Yəni gündəlik sürücülərin işə çıxmasına, davranışına və bu kimi məsələlərə ola bilsin ki, nəzarət etsin. Amma tender, satınalmalar, investisiya xərcləri ilə bağlı məsələ tamamilə İnvestisiya Holdinqinin əlində olacaq. İlkin monitorinqdən, yəni ziyanla işləmənin səbəbləri araşdırıldıqdan sonra izafi xərclər, dövlət büdcəsindən dotasiyalar da azaldılacaq”.
Ekspert Baku Bus MMC-nin ziyanla işləməsi səbəblərini də açıqlayıb:
“Hesablama qaydası dəyişməli, təmir və s. xərclərin şişirdilməsinin qarşısı alınmalı, tenderlər şəffaflaşmalıdır. Bütün bunlardan sonra “ziyanla işləmək” anlayışı olmayacaq. Yəni “Baku Bus”un ziyanla işləməsi mümkün deyil və bunu hamı gözəl bilir”.

Oxşar xəbərlər

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar
"Dövlət şirkətlərində islahatlar olacaq" - “Şirkətlərdən bəziləri özəlləşdiriləcək"
Prezident Əli Əsədova yeni vəzifə verdi
Mətbuatda yayılan xəbərlər yanlışdır, məhkəməyə vermişik - İnvestAZ
Əli Əsədovdan mühüm sərəncam
Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM
Mətin Eynullayevə vəzifə verildi - Sərəncam
Azərbaycanda yeni holdinq yaradıldı - Prezidentdən FƏRMAN
Bitkoindən rekord bahalaşma
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
Köçəryan Moskvaya gedir
Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı – Şərh
Prezident sərəncam imzaladı
Qarabağı talayan xarici şirkətlər - ADLAR
"Türkiyə Azərbaycana 11 milyard dollar pul qoyub"
AZAL prezidentinin qızınin Londonda növbəti şirkəti
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
Türk şirkətləri Qarabağa milyonlarla dollar yatırır - Yeni iş yerləri açılacaq
190 manatlıq yardım prosesi niyə uzanır?
Azərbaycanda yeni tekstil fabriki tikiləcək
Məşhur milyarderin oğlu yol qəzasında yanaraq öldü
“Günay Sığorta”nın sədr müavini ISB-ya transfer olub
Mikayıl Cabbarovdan yeni təyinat
Pandemiya məmurların biznesini də çökdürür...
“Metropoliten”də dağıdılan milyonlar - “Bu nəzarətsizlik bundan sonra davam edə bilməz…”
Prezidentdən 6 min nəfəri sevindirəcək SƏRƏNCAM
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Müharibə zamanı dağıdılmış evlərlə bağlı ödəniləcək məbləğ açıqlandı - SƏRƏNCAM
Mərkəzi Bank Elman Rüstəmovun şəxsi pulqabıdır?
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı