Türkiyə Azərbaycana 10 minaaxtaran it hədiyyə etdi
3-02-2021, 15:05
143

Türkiyə Azərbaycana 10 minaaxtaran it hədiyyə etdi

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 23 nəfərdən ibarət pirotexnik və istehkam qrupu Türkiyə Milli Müdafiə Nazirliyi Baş Qərargahının Bakı Silahlı Qüvvələr Attaşeliyinin təşkilatçılığı ilə qardaş ölkədə Xüsusi Mina Axtarış və Təmizləmə kursunu bitirərək Azərbaycana qayıdıb.
3-29 yanvar tarixlərində İzmir şəhərində İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçirilmiş kurslarda iştirak edən FHN əməkdaşları ərazilərin minalardan təmizlənməsi və zərərsizləşdirilməsi sahəsi üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər. Kursun yekununda şəxsi heyətə təlim-tədris prosesini bitirmələri barədə sertifikatlar təqdim olunub.
Bundan əlavə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən ikitərəfli əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it də hədiyyə edilib. FHN-in kinoloqlarının həmin itlərin ölkəmizə gətirilməsi, həmçinin müvafiq sahədə bacarıqlarının artırılması məqsədilə Türkiyəyə ezam olunması üçün hazırlıq işləri görülür.

Oxşar xəbərlər

Rusiyadan Azərbaycana əlavə qrup və texnika gətirildi
Rusiya və Azərbaycan işğaldan azad olunmuş əraziləri minalardan təmizləyir - VİDEO
Ağdamda Azərbaycan və Rusiya minaaxtaranlarının birgə təlimi başladı
Bakıda mənzildən meyit tapılıb
Rusiya Qarabağa əlavə xilasetmə qrupu göndərib
Bakıda səkkiz nəfər köməksiz qaldı
Türkiyə hərbçiləri Qarabağdakı əməliyyatlarda iştirak edir
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Xırdalanda xilasetmə işlərinə xüsusi təlim keçmiş itlər də cəlb olundu - VİDEO
"Dağıntılar altında qalanların olduğu ehtimal edilir" - FHN
Ağstafada 4 ədəd aviabomba tapıldı - Foto
Dənizkənarı Milli Parkda suya düşən şəxsin meyiti tapılıb
Cəbhəboyu ərazilərdən son xəbər
Türkiyə MN-dən Ağdamdakı Birgə Mərkəzlə bağlı yeni açıqlama
Binəqədidə evləri su basıb, 6 nəfər köməksiz qalıb
54 yaşlı kişi mənzildə ölü tapıldı
Bakıda ağır qəza
12 İŞİD üzvü həbs olundu - Türkiyə MN
ANAMA son üç gündə 102 mina zərərsizləşdirib
Rusiya Qarabağda niyə ev tikir?
Xırdalanda partlayışdan sonra vəziyyət - VİDEO (Yenilənib)
Nazirliyin sürücüsünə zor tətbiq edən şəxs həbs edildi
Bakıda bir nəfər bağlı qapı arxasında köməksiz qaldı
Müharibədən sonra 117 km-dən çox yol minalardan təmizlənib
Rusiya Qarabağa minatəmizləyici mütəxəssislər göndərdi
Bulvarda özünü dənizə atan şəxs xilas edilib
“Suqovuşan su anbarı mühafizəyə götürülüb” – Kəmaləddin Heydərov
Gəncədə iki top mərmisi tapıldı
Şuşada təcili təxirəsalınmaz əməliyyatlar keçirilib - ANAMA
Bakıda mağazadakı yanğın söndürüldü - Yenilənib, Video