Bakıda müəllim və şagirdlər arasında koronavirusla bağlı vəziyyət açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, keçən müddət ərzində idarənin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 1 müəllimdə koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.
2 şagird və 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.