Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
7-05-2020, 18:43
202

Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM

Nazirlər Kabineti “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında qərar verib.
Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etməlidirlər.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində  Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib..
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxşar xəbərlər

“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Əli Əsədovdan mühüm sərəncam
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Əli Əsədovdan iki mühüm QƏRAR
Prezidentdən gəncləri sevindirəcək QƏRAR: Bütün lazımi dəstək göstəriləcək
İlham Əliyev sığorta ilə bağlı bu fərmanı ləğv etdi
Artur Rəsizadənin verdiyi qərar ləğv edildi
Baş Nazirdən yeni qərar
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Prezident yeni dövlət qurumu yaratdı
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
Prezident Səhiyyə Nazirliyinə yeni səlahiyyət verdi - FƏRMAN
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
“ASAN müraciət” informasiya sistemi yaradılır - Sərəncam
Prezident fərman İMZALADI
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
“Dövlət bayrağı haqqında” qanuna dəyişiklik qəbul edildi
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM