PA rəhbəri iclas keçirdi - FOTO
4-02-2021, 10:19
160

PA rəhbəri iclas keçirdi - FOTO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib.
İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.
Samir Nuriyev dövlətimizin başçısının tapşırıqları əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilən işlərin əlaqələndirilmiş və ardıcıllığa uyğun olaraq mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
İclasda Qərargah tərəfindən hazırlanmış Strateji Fəaliyyət Planı və Tədbirlər Planı əsasında nazirlik və dövlət təşkilatları tərəfindən vaxt qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən keçirilib.
17 istiqamət üzrə işçi qruplarının fəaliyyət göstərdiyi mərkəzdə hazırda 55 qurum və 150-yə yaxın əməkdaş təmsil olunur. Mərkəzin fəaliyyətinə daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər konkret mövzu və tapşırıqların icrası məqsədilə ekspertlər də cəlb edilib.
İclasda Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin, işğaldan azad edilmiş ərazilərə qayıdış, ətraf mühitin qorunması və enerji təminatı, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur və digər istiqamətlərdə fəaliyyət göstərən işçi qruplarının məruzələri dinlənilib, qaldırılan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb və zəruri tapşırıqlar verilib.

Oxşar xəbərlər

Prezident Administrasiyasında Qarabağa dair iclas keçirildi - Qərargah yaradıldı
Əliyevdən azad olunan torpaqlarla bağlı mühüm sərəncam – Qərargah yaradıldı
Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı
Baş nazir azad olunmuş ərazilərlə bağlı iclas keçirdi
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
“Şuşanın baş planının hazırlanmasına başlanılıb” - Samir Nuriyev
Milli Məclisin iclası başladı - YENİLƏNİB
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Deputatlar bu gün toplaşır
“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı
Deputatlar toplaşır - 16 məsələ müzakirə olunacaq
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Deputatlar bu gün toplaşır
Milli Məclis 10 məsələyə görə yeni iclas çağırdı - GÜNDƏLİK
Baş Prokurorluq kollegiya iclası keçirdi
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
Deputatlar bu gün toplaşacaqlar - Hərbi vəziyyət ləğv olunur
Konstitusiya Məhkəməsi qərar verdi
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı FƏRMAN
FHN Suqovuşan su anbarını mühafizəyə götürdü
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
“Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır” - Prezidentin köməkçisi
Milli Məclis iclas çağırdı - Prezidentə müraciət ediləcək
Paşinyan Arutyunyanla birlikdə Təhlükəsizlik Şurasının iclasını keçirdi - FOTO
Şuşa uğrunda döyüşlərdə şəhid olan 6 hərbçimizin cəsədi təhvil alındı
Milii Məclisin növbəti iclasının gündəliyi açıqlandı