Füzuliyə qanunsuz yollarla keçən 7 nəfər saxlanıldı
5-02-2021, 18:05
116

Füzuliyə qanunsuz yollarla keçən 7 nəfər saxlanıldı

Füzuli rayonuna qanunsuz yollarla keçən 7 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilib. 
Lakin buna baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir. Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 4-də Füzuli rayonu ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə əraziyə qanunsuz yollarla keçmiş 7 nəfər aşkar edilərək saxlanılmışlar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallarla birlikdə Füzuli rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə onlardan 6 nəfəri barəsində 30 sutka inzibati qaydada həbs, 1 nəfər barəsində isə 150 manat məbləğində cərimə tətbiq edilib. 
Hazırda müvafiq araşdırmalar aparılır: "Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq". 

Oxşar xəbərlər

Saxta icazə düzəldənlər saxlanıldı
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
DİN əhaliyə müraciət edib - Video
Minlərlə vətəndaşa qanunsuz icazələr verən iki MMC rəhbəri həbs edildi - VİDEO
Baş Prokurorluq və DİN-dən işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırıldı
Füzuliyə komendant təyin edildi
Füzulidə 3 mülki şəxs minaya düşüb: bir nəfər həlak oldu
“24 Taxi” şirkətinin müdir müavini və digərləri saxlanıldı - VİDEO
“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Kamil Zeynallı barədə QƏRAR VERİLDİ (Yenilənib)
Postlardan 2315 maşın geri qaytarıld - 3 nəfər həbs olundu
Karantini pozan 5083 şəxs tənbeh edildi, 4 nəfər həbs olundu
Koronavirus xəstəsi olan aptek rəhbərinə cinayət işi açıldı
“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxslər saxlanılıb - FOTO
DİN: 8 koronavirus xəstəsi saxlanıldı
Azərbaycanda 7 taksi sürücüsü həbs edildi
İcazəsi olmayan 1050 sürücü postlarda saxlanılıb
Polis qanunsuz balıq ovlayanları saxladı
Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı
Polis əməliyyat keçirdi: Bakıda qadın narkotacir saxlanıldı
Postlardan 4 min maşın geri qaytarıldı
DİN vətəndaşlara xəbərdarlıq etdi - Video
İşğaldan azad olunan ərazilərə müvəqqəti komendantlar təyin edildi
Karantin qaydalarını pozaraq Qubaya gizli yolla daxil olan Şabran sakinləri saxlanılıb
Daha 28 nəfər COVID-19 xəstəsinə cinayət işi açıldı
Qanunsuz ov edən şəxslər cəzalandırıldı
Qəbələyə istirahətə gedənlər cərimələndi
Partlayıcı oyuncaq və pirotexniki məmulat müsadirə olundu