Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradılıb - FOTO
5-02-2021, 18:40
95

Kəlbəcər polisinin 4 sahə məntəqəsi yaradılıb - FOTO

Kəlbəcər rayonu noyabr ayının 25-də işğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dağların qoynunda qərar tutan bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar.
Rayonda yerləşdirilən şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər.
DİN rəhbərliyinin göstərişinə əsasən, polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi hissədə və xidməti otaqlarda telekommunikasiya avadanıqları quraşdırılıb.
Bundan başqa, ərazinin çətin relyefi nəzəra alınaraq post-patrul xidməti əməkdaşları avtopatrul hərəkəti üçün yüksəklik şəraitində daha yaxşı manevr imkanlarına malik “pikap” tipli avtomobillə təmin edilib.
PŞ-nin ərazi üzrə 4 sahə məntəqəsi yaradılaraq üzərlərində informasiya lövhələri quraşdırılıb. Rayonun girişində və ərazisində qurulan stasionar postlarda polis əməkdaşlarının rahat və təhlükəsiz xidmət aparması üçün dəmir konstruksiyalı postlar da quraşdırılıb.

Oxşar xəbərlər

Polis Ağdamda xidməti fəaliyyətini bərpa edib
Xocavənddə postlar qurulub
Füzuliyə komendant təyin edildi
Bu da Kəlbəcər Polis Şöbəsinin binası - Foto
Gizli işləyən çayxana aşkarlandı
Gəncədə kafe sahibi və müştəriləri cərimələndi
Kamil Zeynallı barədə QƏRAR VERİLDİ (Yenilənib)
Azərbaycan polisi Kəlbəcərdə postlar qurdu - FOTOLAR
Azərbaycan polisləri Kəlbəcərdədir - VİDEO
Polislər və hərbi qulluqçular təcili Bərdəyə ezam olundu
Qusarda kafe sahibi və müştəriləri polis şöbəsinə gətirildi
Karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edildi
Tərtərdə karantin rejimini pozan çayxana aşkar edildi
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
Evdə qumar oynayanlar cərimələndi
Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb
Xaçmazda qaydaları pozan COVİD-19 xəstələri saxlanıldı
Cəlilabadda gizli fəaliyyət göstərən iki kafe aşkar edilib
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Üç rayonun koronavirus xəstələri Mingəçevirdə saxlanıldı
Ucarda karantini pozan çayxana aşkarlandı
Karantini pozan daha bir çayxana aşkarlandı
Polis Saatlıda reyd keçirdi
Gəncədə gizli şagird hazırlaşdıran müəllim cəzalandırıldı
Koronavirus xəstəsi postda saxlanıldı
Postların sayı azaldılan Bakıda son vəziyyət - FOTOREPORTAJ
Bakıda karantin qaydalarına əməl etməyən restoran aşkarlanıb
Qusarda qanunsuz işləyən oyun zalı müəyyən edildi
Siyəzəndə profilaktiki tədbirlər davam edir
Mingəçevirdə koronavirus xəstəsi evini tərk etdi