“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva
6-02-2021, 14:08
219

“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva

Ötən gün Azərbaycan KİV-i 2006-cı ildən Space telekanalına rəhbərlik edən tanınmış sənədli kino rejissoru Vaqif Mustafayevin istefaya getməsi barədə məlumat yayıb.
Virtualaz.org telekanalın təsisçisi, ümummilli lider Heydər Əliyevin qızı Sevil xanım Əliyevadan, çoxillik rəhbərinin populyar telekanaldan hansı səbəbdən getməsinə aydınlıq gətirməsini xahiş edib.
Hər şeydən əvvəl, Sevil xanım  Azərbaycan mətbuatında gedən məlumatın tam doğru olmadığını bildirdi. Qeyd etdi ki, V.Mustafayev kanaldan özü çıxmayıb, təsisçi kimi şəxsən onun tərəfindən tutduğu vəzifədən azad edilib.
"Məsələ ondadır ki, Space-in fəaliyyəti, onun təqdim etdiyi kontent ciddi narahatlıq doğururdu. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirdim və etiraf etməyə məcbur oldum ki, çoxsaylı irad, kəskin tənqid, bəzən də KİV səhifələrində peyda olan məsələlər tamamilə əsaslıdır. 
Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi həddindən artıq aşağı olub. Son illərdə qeyri-peşəkarlıqdan, onun məhsullarının keyfiyyətinin aşağı olmasından hiddətlənən televiziya tamaşaçıların rəyi ilə tam şərikəm.
Mən yaratdığım zaman onu belə görmürdim. Bütün bunlar Vaqif Mustafayevin Space rəhbəri vəzifəsindən azad edilməsi haqqında qərar qəbul etməyə məcbur etdi. Digər tərəfdən, kanal rəhbərlərinin özlərini telekanalların prezidenti adlandırması məni bir qədər incidir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. Prezident sözünü dəyərdən salmaq olmaz", - deyə Sevil xanım bəzi məqamlara aydınlıq gətirib.
Eyni zamanda, Sevil Əliyeva vurğulayıb ki, bu qərar ümummilli lider Heydər Əliyev haqqında bir sıra sənədli filmlər də daxil olmaqla, mükəmməl əsərlər yaratmış istedadlı sənədli film rejissoru kimi V.Mustafayevin xidmətlərini azaltmır.

Oxşar xəbərlər

“Space” TV-nin prezidenti istefa VERDİ
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
AMEA-da direktor xanım buna görə İŞDƏN ÇIXARILDI
Speys TV-yə "kino çəkilişi adıyla toy" şoku - Açıqlama
Sevil Əliyeva “Rossiya-1” telekanalının efirində
Vaqif Əmiraslanovun onlayn dərs tələsi
Səfurə İbrahimova dəfn edildi
Deputat vəzifəsindən azad edildi
Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?
AMEA-da vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Şahin Mustafayev niyə özü haqda kino çəkdirdi? - İDDİA
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Məktəb direktoru yoxsa, fotomodel?
Əli Həsənov 20 ildir tutduğu bu vəzifədən də azad olundu
Baş həkim vəzifəsindən azad edildi - SƏBƏB
Birinci xanımdan Heydər Əliyevlə bağlı PAYLAŞIM
İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM
Azərbaycanlı məşhurun qızı qoşulub qaçdı - Video
Yeni nazir onu vəzifədən azad etdi
“Yetiməm, təkəm, Allah məni başsız qoymasın“ - Video
Ermənistanda daha bir nazir istefa verdi
Kərəm Mustafayev Nəcməddin Sadıkovun yerinə gətirilir - İDDİA
Təhsil naziri Emin Əmrullayevə 53 saylı məktəbin rəhbərliyindən ŞİKAYƏT EDİLDİ
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Albert Mustafayev təltif edildi
"Space" TV-nin yeni rəhbəri məlum oldu
İşdən çıxarılan məmur:"Dedi-qoduya uymasınlar"
Belarusda etirazların dağıdılmasını göstərən telekanalın fəaliyyəti dayandırıldı
Azərbaycanda daha bir vəzifəli şəxs işdən AZAD EDİLDİ