Daxili İşlər Nazirliyi işçi axtarır
6-02-2021, 15:48
88

Daxili İşlər Nazirliyi işçi axtarır

Daxili İşlər Nazirliyi Kürdəmir rayon “ASAN Xidmət” mərkəzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 13 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 30-dək, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, Azərbaycan Respublikasının orta, orta-ixtisas və ali təhsil müəssisələrini bitirmiş, ailəli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə Kürdəmir, Ucar, Ağsu və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci ilin fevral ayının 8-dən mart ayının 10-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- əmək kitabçası (olanlar üçün).
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41

Oxşar xəbərlər

DİN xanımları işə dəvət edir
Bakıda yaşayan Naxçıvan sakinlərinə MÜRACİƏT
Azərbaycanda 552 məktəb direktoru vəzifəsi boşdur
Abşeron Mühafizə Polisinə yeni rəis müavini TƏYİN EDİLDİ
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
DİM kollecə qəbul olmaq istəyənlərə müraciət edib
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Nazirlik işçi axtarır
Nazir Vəliyevi rəis müavini TƏYİN ETDİ - ƏMR
İcra başçısı həbs olunan rayonda YENİ TƏYİNAT
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
Bakıda məktəbdən oğurluq edildi
“9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçiriləcək” –DİM
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar məlum oldu - SİYAHI
Ən çox ixtisas seçimi bu qruplarda olub
Vilayət Eyvazovdan işğaldan azad olunmuş rayonlara komendant TƏYİNATI
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Oğurluğa görə saxlanıldı, başqa cinayətləri də üzə çıxdı
Yol qəzalarında 4 nəfər ölüb
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb
Ağdamda komendant saatı tətbiq olunacaq
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
DİM yekun qiymətləndirmə imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları keçirəcək - Diqqət!
Direktor olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə start verilir
İşğaldan azad edilmiş rayonlarda işləmək məqsədilə kadr ehtiyatı formalaşdırılır
SMS icazə ilə bağlı sistem yenidən aktivləşdirildi - VİDEO
Ramiz Mehdiyevdən MÜƏMMALI KADR DƏYİŞİKLİYİ
8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...