52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq
24-09-2019, 16:00
10 365

52 min nəfərə ŞAD XƏBƏR - Əmanətləriniz geri qaytarılacaq

"Gələn aydan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə o zaman həmin vəsait qaytarılacaq".
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. O qeyd edib ki, Əmanətləri Sığortalaması Fondu Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib:

"Qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verilib. Qeyd edək ki, indiyədək qorunan əmanətlər ödənilirdi. İlkin qiymətləndirmələrə görə, 52 min əmanətçinin qorunmayan əmanəti geri qaytarılacaq. Qeyd edək ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bimridi. Yeni razilaşmaya əsasən, müflis elan olunan bankalarda ümumi məbləği 10 min dollardan çox olmayan qorunmayan depozitlər Əmanətləri Sığortalaması Fondu tərəfindən geri qaytarılacaq. Bu o deməkdir ki, əgər sizin müflis elan olunan banklarda 10 min dollardan az qorunmayan əmanətiniz olubsa o zaman gələn aydan onu əldə etmək imkanınız olacaq. Qeyd edək ki, CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir".

Oxşar xəbərlər

Bağlanmış banklarda əmanətləri qalan şəxslərin nəzərinə - Bu gündən...
Əmanəti bloklanmış şəxslərə şad xəbər
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Bu gündən «Atabank» və «Amrahbank»dakı əmanətlər - QAYTARILIR
Banklar faizləri endirirlər
Əhali pulunu banklardan çəkir - TƏHLÜKƏ
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
Ləğv prosesində olan bankların kreditorlarına yenidən müraciət edildi
Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ
“Standard Insurance” müflis elan edildi — Ləğvetmə Komissiyası yaradılır
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi
Manatla əmanətlərin stimullaşdırılması: Kimə sərf edir, kimə yox? - TƏHLİL
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
"AccessBank" bağlanır?
Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?
Əməkdar artist Qubaya getmək istədi, polislərlə dalaşdı
Arvadı məşhur repçidən ayda 2 milyon dollar aliment tələb edir
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
Saakaşvilinin təyinatına görə geri çağırılan Gürcüstanın Kiyevdəki səfiri karantinə alındı
AZAL vətəndaşların pullarını niyə qaytarmır?
Milli Məclisin deputatları yenidən tətilə çıxdılar
Banklara inam azalır: Depozitlərdə sürətli eniş - VİDEO
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi