İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olanların sayı AÇIQLANDI
6-02-2021, 17:51
110

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olanların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələri onların həyat və sağlamlıqları üçün ciddi təhlükədir. Buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq polis postlarından kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları hallarına rast gəlinir. 
Belə məlumatların yoxlanılması və bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə noyabr ayından başlayaraq Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qayda pozuntusuna yol vermiş 40 nəfər, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerinə yetirilən tədbirlərlə isə ümumilikdə 84 nəfər şəxs müəyyən edilib.
Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər yerinə yetirilib

Oxşar xəbərlər

Füzuliyə qanunsuz yollarla keçən 7 nəfər saxlanıldı
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin - VİDEO
Polis Ağdamda xidməti fəaliyyətini bərpa edib
DİN əhaliyə müraciət edib - Video
Baş Prokurorluq və DİN-dən işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyindən əhaliyə SƏRT XƏBƏRDARLIQ
İşğaldan azad olunan ərazilərə müvəqqəti komendantlar təyin edildi
Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı
Xocavənddə postlar qurulub
Kəlbəcərə komendant təyin edilib
Füzuliyə komendant təyin edildi
Sabirabadda gizli işlədilən oyun zalında 20 nəfər cərimələndi
Saxta icazə düzəldənlər saxlanıldı
Kamil Zeynallı barədə QƏRAR VERİLDİ (Yenilənib)
Azərbaycan polisləri Kəlbəcərdədir - VİDEO
Karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edildi
Suqovuşan və Talışa sahə inspektorları təyin edildi - FOTO
Ağdamda komendant saatı tətbiq olunacaq
İşğaldan azad olunmuş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək?
Ermənistanın talançılığı ilə bağlı istintaq qrupu yaradılıb
Yevlaxda qanunsuz işləyən kafe aşkarlandı
Xankəndi Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil edilib
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
İşğaldan azad olunan ərazilərdə bərpa işləri hansı şəhərdən başlayacaq? - AÇIQLAMA
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü
Kamil Zeynallı yenə saxlanıldı - SƏBƏB
Azad edilmiş ərazilərə avtobus reysləri açılacaq
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul xərclənəcək?
Əsgərlərimizin divarlara yazdıqları prezidentin diqqətini çəkdi - VİDEO