Azərbaycan Həmkarlar ittifaqları daha 85 şəhid ailəsini himayəyə götürdü
8-02-2021, 19:57
56

Azərbaycan Həmkarlar ittifaqları daha 85 şəhid ailəsini himayəyə götürdü

2020-ci il sentyabr ayının 27-də Ermənstan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun cəbhənin bütün istiqamətlərində başladığı əks-hücum əməliyyatı şanlı ordumuzun qələbəsi ilə başa çatıb.
Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində parlaq qələbəsi ilə 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız azad olundu. Bu qələbə əsgər və zabitlərimizin rəşadəti nəticəsində qazanıldı. Bu gün Azərbaycan dövləti və xalqı Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onların ailələrinə hərtərəfli qayğı və diqqət göstərirlər. 
Azərbaycan Həmkarlar İttifaqları da şəhid ailələrinin sosial problemlərinin həllini həmişə diqqətdə saxlamaqdadır. AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürmüşdür. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150  manatla təmin olunurlar.
 AHİK-in İcraiyyə Komitəsi Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin daha 85 ailəsinnin himayəyə götürülməsi və hər bir ailəyə ayda 100 (yüz) manat vəsaitin ödənilməsi barədə qərar qəbul etmişdir. Bununla da AHİK tərəfindən himayəyə götürülmüş şəhid  ailələrinin sayı 108-ə çatıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq addımların davam etdirilməsini nəzərdə tutur.

Oxşar xəbərlər

Aprel şəhidlərinin övladları himayəyə götürüldü
Şəhid əsgərimiz dəfn olundu
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
Ombudsman Səbinə Əliyeva qazilərlə görüş keçirdi
İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto
Vətən müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid OLUB
Şəhid ailələrinə ödənişlər edildi
Vətən müharibəsi qaziləri daim diqqət mərkəzindədi - Video
Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Gəncədə daha bir şəhid ailəsinin müraciəti öz həllini tapdı - Foto
"Biz öz torpağımızda vuruşuruq" - Prezident
Şəhid polkovnikin son mesajı: “Şərəfsizlərin dərsini veririk“ - Video
“Bütün atılan addımlar bir məqsədi güdürdü ki...” – Ali Baş komandan
Şəhid ailələri və müharibə əlillərinə evlər verilib
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Ordumuz hər zaman zəfər çalacaq!
Texniki Universitet Vətən müharibəsində 24 şəhid verib - Foto
Deputatdan vətəndaşlara çağırış
Qol saatını anasına göndərən şəhid əsgər
Zakir Həsənovdan Azərbaycan ordusuna TƏBRİK
Ermənistanın təcavüzü nəticəsində həlak olmuş şəxslər şəhid hesab olunur
Milli Qəhrəman İlqar Mirzəyevin anası Azərbaycan vətəndaşlığına qəbul edildi
Bank Respublika “YAŞAT” Fonduna 200 min manat köçürdü
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
Daha 35 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verildi
Azərbaycan şəhidlərinin tam siyahısı açıqlandı – Rəsmi
İş adamı qaziyə maşın hədiyyə etdi
Akademik Milli Dram Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat vəsait köçürüb
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar