Bakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMA
9-02-2021, 14:11
89

Bakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMA

Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda sakinlər bina söküntüsünə etiraz etməsi ilə bağlı məlumat yayılıb.
Söhbət Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 42 ünvanından gedir. Əhalinin iddialarına görə, aidiyyəti qurumlar binanın sökülməsi prosesinə başlayan zaman onların razılığını almayıb.
Bu səbəbdən də bir qrup sakin hazırda qəzalı vəziyyətdə olan və sökülməsinə hazırlıq gedən binanın qarşısında etiraz edirlər.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Xətai Rayon İcra Hakimiyyətinin ərazidə olan nümayəndəsi, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən binanın qəzalı vəziyyətdə olmasına dövlət tərəfindən qərar verilib:
“Fövqəladə Hallar Nazirliyinin qərarına əsasən, beşmərtəbəli və 146 mənzildən ibarət olan bina kəskin qəzalı vəziyyətdədir. Orada sakinlərin yaşaması təhlükəlidir. Binada yaşayan sakinlərdən 120-dən çoxu ilə danışıqlar aparılıb və müqavilə bağlanılıb. Həmin binada mənzillərin hər birinin ümumi sahəsi 12-25 kvadrat metr olub. Sakinlərə təhlükəsizlik məqsədilə mərhələli şəkildə binadan çıxmaları bildirilib. Əslində yeni binanın tikintisi ötən il oktyabrın 1-də başlamalı idi. Binanın tikintisinin 2022-ci ilin fevral ayında tamamlanması planlaşdırılır”.
O bildirib ki, hesablamalarla yataqxananın sahəsinə müvafiq olaraq hər ailəyə 30 min manat vəsait ayrılsa da, sakinlər buna razılıq verməyib:
“Bu məsələdə razılığa gəlinməsi üçün sakinlərlə və podratçı şirkətlə danışıqlar aparıldı. Beləliklə üçtərəfli - Xətai Rayon İcra Hakimiyyəti, vətəndaş və podratçı təşkilat arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, yataqxananın yerində tikiləcək yaşayış binasından sakinlərə sahəsi 54,5 kvadrat metr olan tam təmirli mənzillər veriləcək. Bu müddət ərzində isə sakinlərə kirayə haqqı ödəniləcək. Artıq təlimatlara uyğun olaraq binada kommunikasiya xətləri ayrılır və söküntü prosesinə hazırlıq gedir”.
“Lakin hazırda etiraz edən bir qrup sakindən bəzisi heç o binada yaşamırdı, bəzisi isə bu söhbətlərdən sonra süni şəkildə sənədlərdə dəyişiklik edərək bağlanan müqaviləyə etiraz ediblər. Araşdırma aparılıb və bu proseslərin müqavilədən sonra baş verdiyi müəyyən olunub. Həmin ailələrlə də danışıqlar aparılır, vəziyyət izah edilir. Çünki bu məsələdə qeyri-dəqiqlik ola bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən zəruri tədbirlərin hər biri dəqiqliklə və qanunvericiliyin normalarına uyğun şəkildə görülüb”, - deyə P.İmanov sonda əlavə edib.

Oxşar xəbərlər

Bakıda bu binalar söküləcək
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: - “Təbrizlə əlaqə saxlayacağıq”
Bakıda bina sakinlərinin həyatı təhlükədədir - VİDEO
Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...
Xətai rayonun icra başçısı "arxalı" "Qaya-İnşaat" MTK-nın əlində aciz qaldı
Xətainin icra başçısı nə işə yarıyır ki?.. - Söz veriblər, amma...
"Ölsək də, buradan çıxmayacağıq" - Rövşən Rzayevin nəzərinə...
Şuşada beşmərtəbəli binada yanğın oldu
Lerikin icra başçısını bu sakinlər maraqlandırır? - GİLEY
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Bakıda mənzildən meyit tapıldı
Adil Vəliyevi sakinlər maraqlandırmır... - GİLEY
“Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə - GİLEY
İcra başçısı bu məmurdan o qədər qorxur ki... - Xətaidə etiraz aksiyası
Sabunçuda 8 bina sökülür - Köçürülmə başlanılıb
Xətaidə çoxmərtəbəli binada yanğın oldu
"Bəzən sayğacların göstərdikləri rəqəm istifadə olunandan 2-3 dəfə artıq göstərir" - NARAZILIQ...
Tikinti sektorunu axsadan qərarlar... - Yenidən baxılmalıdır...
Qarabağ qazisinə vəzifə verildi
Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayılıb - VİDEO
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
Bakıda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi
Cəlilabadda binanın beton paneli aşıb – VİDEO
Tarixi binanın fasadını boyayan icarədar və sahibkar cəzalandırılıb
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi
Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək