Vaqif Mustafayevin Heydər Əliyev haqda filmini kim qadağan edib?
9-02-2021, 16:43
112

Vaqif Mustafayevin Heydər Əliyev haqda filmini kim qadağan edib?

Space TV-nin prezidenti Vaqif Mustafayevin istefasından sonra bir sıra məsələlərin üstü açılıb. Kanalın təsisçisi Sevil Əliyeva ilk əvvəl tanınmış kinorejissorun öz ərizəsi ilə deyil, şəxsən onun tələbi ilə işdən çıxmasından danışıb. 
Daha sonra isə Vaqif Mustafayevin ümumilli lider Heydər Əliyevlə bağlı çəkdiyi filmin ekrana yol tapa bilməməsindən söz açıb. “Çox təəssüf ki, onun atam barəsində olan "İnsanları xilas etməyə gedirəm" adlı əla bədii filmi vaxtilə Azərbaycan məmurları tərəfindən tamamilə haqsız olaraq "brak" edildi” – deyə bildirib.
Maraqlıdır, sözügedən filmin yayımlanmasına kimlər mane olub?
Milli Məclisin sabiq deputatı Alqış Musayev Yenisabah.az-a açıqlamasında həmin vaxt ideolji sahəyə Ramiz Mehdiyevin nəzarət etdiyini diqqətə çatdırıb:
“Sualın dəqiq cavabını bütün təfərrüatı ilə yalnız Sevil xanım özü deyə bilər. Amma o da məlumdur ki, o zaman ideoloji sahəyə Ramiz Mehdiyev nəzarət edirdi. Onun necə ideoloq olduğu, dövlətin bu mühüm sahəsinə necə nəzarət etməyi də artıq hər kəsə bəllidir. Harda sağlam bir təşəbbüs vardısa, ya boğurdu, ya da mənimsəyirdi. Hardan işiq gəlirdisə, oranı dərhal qapadırdı. Harda sağlam düşüncəli bir kadr vardısa, şərləyirdi, ləkələyirdi, proseslərdən təcrid edirdi. Nəticədə bu gün ölkənin ideoloji mühiti işğaldan azad edilmiş ərazilərimizin dağıdılıb viran qalmış görkəmi kimidir”.
Həmsöhbətimiz qeyd edib ki, Ramiz Mehdiyevin xidməti hesabına bu gün ideoloji sahə, ictimai dəyərlər sistemi qaramat çökmüş bir xarabaya çevrilib:
“Təəssüf ki, o bu gün də öz “zəngin” təcrübəsini Milli Elmlər Akademiyasında tətbiq edir. Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi, hələ ki tamaşaçılara təqdim edilməyən film barədə mənim məlumatın yoxdur. Necə çəkildiyi, mövzuya hansı peşəkarlıqla yanaşıldığı barədə heç nə deyə bilmərəm. Vaqif müəllim peşəkar rejissordur. Onun müraciət etdiyi mövzu isə spesifikdir”.
Alqış Musayev bildirib ki, Heydər Əliyev haqqında film çəkmək üçün təkcə peşəkarlıq kifayət etmir, burada siyasi fəhm də tələb olunur:
“Filmdə bu münasibətlər-peşəkarlıqla siyasətin vəhdətinin necə tənzimlənməsi bizim üçün əlçatmaz olaraq qalır. Yəqin ki, bu məsələyə səlahiyyətli şəxslər aydınlıq gətirəcək”.

Oxşar xəbərlər

“Atam haqda çəkilmiş filmi məmurlar “brak” etdilər” - Sevil Əliyeva
“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva
Speys TV-yə "kino çəkilişi adıyla toy" şoku - Açıqlama
Əli Həsənov haqda ilginc iddialar... - FOTOLAR, FAKTLAR...
"Təəssüf ki, Ramiz Mehdiyev İlham Əliyevin bu xoşməramlı addımını da düzgün dəyərləndirə bilmədi…" - Alqış Həsənoğlu
“Space” TV-nin prezidenti istefa VERDİ
Vado Korovin “Space“ TV-yə rəhbər təyin edilib? - ATV-dən gedib və...
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
Cəmiyyətin tənqid etdiyi serialın yayımı dayandırıldı
“Ramiz Mehdiyev isterik vəziyyətdədir” – Hafiz Hacıyev
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
“Vaqif Hüseynovun və Vəzirovun qapısı ağzında “yatanlar” üzə çıxarılacaq”
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı
Birinci xanımdan Heydər Əliyevlə bağlı PAYLAŞIM
"Əli Həsənov son 5-6 ildə Prezident olmaq istəyirdi" - İŞ APARIRMIŞ...
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM
Şahin Mustafayev niyə özü haqda kino çəkdirdi? - İDDİA
“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Ramiz Mehdiyev təkzib etdi
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?