Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq
10-02-2021, 15:03
136

Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin hərbi geyimləri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
"Report" xəbər verir ki, şəhidin Dövlət Sərhəd Xidmətinə aid olan hərbi mərasim geyimi muzeydə yeni yaradılan Vətən müharibəsi fondunda saxlanılacaq.
Hərbi geyimin çiyinlərində gizir poqonları, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.
Qeyd edək ki, şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbəridir.

Oxşar xəbərlər

Qənirə Paşayeva şəhid Xudayar Yusifzadənin qardaşı ilə görüşüb
Şəhidimizin ifası ilə yenidən sevilən mahnının bəstəkarından REAKSİYA
Hərbçi dostları şəhid Xudayarı öz oxuduğu mahnı ilə yad etdi
“Xudayar təsnifi”ni oxuyub ağladı - Video
Hərbi qulluqçular bu medallarla da təltif olunacaqlar - SİYAHI
Nazirlikdən şəhid Xudayar Yusifzadə ilə bağlı sevindirici addım
Şəhidimizin bu videosunu izləməyən yoxdu: “Dastana döndü…”
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
Xudayar anasına deyirmiş ki, müharibə bitəndən sonra özüm... - Video
Müharibə iştirakçıları bu medallarla da təltif ediləcək - SİYAHI
Vətən müharibəsi qazisi şəhid oldu
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Prezidentin təltif etdiyi generallar kimlərdir? - FOTO
Daha bir şəhid oğluna atasının adı qoyuldu - Video
Vətən Müharibəsində ilk bayraq ucaldan şəhidimiz - Video
Yaralı halda 2 gün döyüşən şəhidimiz - VİDEO
Prezidentin təltuf etdiyi general Tofiq Hüseynov KİMDİR?
Cəbrayılın azad olunmasında iştirak edən generallar - FOTOLAR
Şəhidin yeni doğulan qızının adını Şuşa qoydular
Bəy kostyumunu hərbi mundirə dəyişən şəhid polkovnik-leytenant - Video
İki dəfə yaralansa da, döyüşə gedən, səkkiz yoldaşını xilas edən Şuşa qalasının şəhidi - FOTO
“Qarabağ” ordenli şəhid polkovnik-leytenant Mehman Şirvanov - VİDEO
Arzusuna çatdıqdan sonra şəhid olan baş leytenant - VİDEO
Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi
Şəhid Xudayar Yusifzadənin daha bir ifası üzə çıxdı - VİDEO
Bu mahnı artıq "Xudayar təsnifi" adlanacaq - VİDEO
“Zirə”nin şəhid futbolçusu medalla təltif olundu
Xocalı soyqırımına görə doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO
Füzuli uğrunda şəhid olan gizir
Hadrutda yaralanan hərbçimiz şəhid oldu