Prokurorluq Daşkəsəndəki əməliyyatla bağlı MƏLUMAT YAYDI
10-02-2021, 21:57
97

Prokurorluq Daşkəsəndəki əməliyyatla bağlı MƏLUMAT YAYDI

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Daşkəsən rayon prokurorluğundan verilən məlumata görə, rayonun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Rasim Allahverdiyevin Şahbaz Mehtiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rasim Allahverdiyev, Şahbaz Mehdiyev və Vüqar Məmmədova 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, Rasim Allahverdiyev və Şahbaz Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, Vüqar Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Oxşar xəbərlər

Əhəd Abıyevin icra başçısı olduğu rayonda ƏMƏLİYYAT KEÇİRİLDİ: Saxlanılanlar var
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Bələdiyyə sədrinə cinayət işi açıldı
Daha bir sabiq məmura cinayət işi açıldı
Baş həkim həbs edildi
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Direktor rüşvətə görə həbs edildi
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən YAXALANDI
Rasim Məmmədova qarşı bu ittihamlar irəli sürüldü
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Bələdiyyə sədri barəsində cinayət işi BAŞLANDI
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluqdan şirkət rəhbərinin həbsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi