Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ - İLGİNC SİYAHI
11-02-2021, 12:13
87

Mülklərini satışa çıxaran eks-nazirin ŞOK SƏRVƏTİ - İLGİNC SİYAHI

Ötən gün mülklərinin bir çoxunu satışa çıxarması ilə gündəmə gələn sabiq vergilər naziri Fazil Məmmədovun sərvətini təkcə həmin obyektlər təşkil etmir.

Axar.az xəbər verir ki, 17 il nazir postunda əyləşən Fazil Məmmədovun varidatı yüzmilyonlarla ölçülür.

2017-ci ildə vəzifədən azad edilən Fazil Məmmədova ən böyük gəlir gətirən isə Sinerci Qrup MMC şirkətlər qrupudur. Bu qrupa rəsmi olaraq 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. “Sinerci Qrup”un tərkibindəki “Exselsior Otel Şəmkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Şəmkirdə yerləşir. Treydhaus Kaspian Kost Vayneri end Vaynyards MMC isə Rusiya Federasiyasında fәaliyyәt göstәrir.

Sabiq nazirin ata yurdu Şəmkirdə olan sərvəti bununla bitmir. Şəmkir-Quşçuluq MMC, 200-ə yaxın istixana, Zəyəmkəndmaş zavodu, Şəmkir Ət-süd MMC, "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, “Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyeklər də nazirə məxsusdur.

Gədəbəydə isə “Eldorado” oteli, “Narzan” istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyeklərin də F.Məmmədova aid olduğu deyilir.

F.Məmmədovun nazir olarkən ölkədən xaricə 4.5 milyard manat çıxarmasına dair söyləntilər isə boşuna deyil. Belə ki, sabiq nazirin biznes şəbəkəsi Ukrayna, Rusiya, Çexiya və Almaniyaya da uzanır. Onun Kiyevdə 5 ulduzlu “11 Mirros Dizayn” oteli, siqaret, təkər zavodu və "Vladimirski” adlı böyük bazarı var. Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks otelə sahibdir. Həmin otel isə "Mir” adlanır.

Sabiq nazirin Çexiyada turistik zonaları və Almaniyada iki fabriki olmasına dair iddialar da vaxtaşırı mediada tirajlanıb.

Oxşar xəbərlər

Fazil Məmmədov mülklərini satışa çıxartdı - İDDİA
Fazil Məmmədovun satışa çıxardığı beşulduzlu otelin FOTOLARI
Şəmkirdə yanan bazar Alimpaşa Məmmədovun oğluna məxsusdur
Fazil Məmmədov sabiq başçının oğluna vəzifə verdi
Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Səlim Müslümovun həbsinin yaratdığı qorxu - Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
Fazil Məmmədovun yaxın adamı Londonda şirkət açıb? – SƏNƏDLƏR
Fazil Məmmədov keçmiş icra başçısının oğluna vəzifə verdi
Baş həkim vəzifəsindən azad edildi - SƏBƏB
Şəmkirdə avtomobil qadın piyadanı vuraraq ÖLDÜRDÜ
Şəmkirdə narazılıq yaradan kimdir? - GİLEY
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Şəmkirdə əlilə qarşı yüz min manatlıq dələduzluq
Alimpaşa Məmmədov himayəçi axtarışında və yaxud yeni mahnılar köhnə ifada...
Alimpaşa Məmmədov yeni vəzifəyə hazırlaşır... - İDDİA
Şəmkirdə oğurluq edən şəxs saxlanıldı - FOTOLAR
“Azəriqaz” Şəmkir sahibkarlarını müflis edib - GİLEY
Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı - SİYAHI
SON DƏQİQƏ! Fazil Məmmədov və Aydın Əliyev HƏBS OLUNUR – QARA MASKALILAR sabiqlərlə bağlı HƏRƏKƏTƏ KEÇDİ
“Akkord”un dövlət büdcəsinə 4 milyon manat borcu var
“Kölgə iqtisadiyyatı”nın baş memarı da həbs olunacaq? - İzlər Fazil Məmmədova aparır...
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Şəmkirdə "Niva" yandı
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Şəmkir icra başçısının biznes”layihələri”-VİDEO
Nazir bu rayon postlarının komandirlərini dəyişdi
Övladları Maradonanın mirasını bölə bilmirlər
Vüqar Əhmədov yerlərdə inkişafı və xidməti bu cür təmin edir? - İTTİHAM
36 yaşlı kişi küçədə güllələnərək qətlə yetirildi
Ölüm hökmü verilən amma Heydər Əliyev tərəfindən əfv olunan sabiq nazir biznesini dayandırdı - FOTOFAKT