“Borc var, özü də külli miqdardadır” – Tahir İmanovdan açıqlama
12-02-2021, 11:50
107

“Borc var, özü də külli miqdardadır” – Tahir İmanovdan açıqlama

“Space” telekanalının “Planet Parni iz Baku”ya düz 9 ildir borcu var. Bunu Vaqif Mustafayev də gözəl bilirdi”.
Bu sözləri “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov Yenisabah.az-a açıqlamasında deyib.
Sənətçi telekanalın borcu olduğunu qəbul etsə də, illərdir bu pulu ödəməkdən imtina etdiyini deyib:
 “Bu yaxınlarda kanalın icraçı direktoru Kamil Şahverdiyevlə də əlaqə saxladım. Bildirdim ki, kanala yeni rəhbər gələrsə, zəhmət olmasa, ona  da çatdırın ki, “Space”in “Planet Parni iz Baku”ya borcu var. Kanal öz boynuna borcun olduğunu götürür, sadəcə ödəmirlər. Hətta iş o yerə çatdı, mən belə bir zarafat da etdim ki, əgər önümüzdəki bir ildə də borcu ödəməsəniz, gələn il “Space” telekanalının bizim komandaya olan borcunun 10 illik  yubileyini qeyd edəcəyik. İnşallah o vaxta kimi zallar, konsert salonları da açılar və biz bu münasibətlə təntənəli konsert təşkil edərik. 10 illik yubileyə müğənni dostlarımızı da çağırarıq təmənnasız gəlib iştirak edərlər”.
T.İmanov “Space”in “Bakılı oğlanlar”a olan borcunun miqdarını açıqlamaq istəməyib:
“Borcun miqdarını açıqlamaq istəmirəm. Bizim aramızda centlmen razılaşması var. Mediadan da xahiş edirəm ki, məbləği işıqlandırmasınlar. Amma  borc var, özü də külli miqdardadır. Mənim üçün o məbləğ olduqca böyükdür. İndi görək yeni rəhbərlik nə edəcək. Bütün ümidlərimiz onadır”.
Qeyd edək ki,  2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullarla  “Bir kəndin sevinci” serialını çəkən telekanal aktyorların pulunu bu günə kimi ödəməyib.

Oxşar xəbərlər

Vaqif Mustafayevin Tahir İmanova 70 min borcu qalıb
Tahir İmanov “Space” TV-yə rəhbər gətirilir? - AÇIQLAMA
Space TV-nin yeni rəhbəri kim olacaq? - İDDİA
Şuşadakı bu tarixi əhəmiyyətli ev tezliklə bərpa olunacaq - Video
O parodiyadan sonra bəzi siyasətçiləri işdən azad ediblər - VİDEO
““Space” Azərbaycan xalqı üçün böyük bir ləkədir“ - Kamran Həsənli
“Space” TV-nin prezidenti istefa VERDİ
"Space" TV-nin yeni rəhbəri məlum oldu
“Planet Parni İz Baku” karantin qaydalarını pozduğuna görə cərimələndi
Ermənistan borc içində boğulur
Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı
Vado Korovin “Space“ TV-yə rəhbər təyin edilib? - ATV-dən gedib və...
“Vaqif Mustafayev istefa verməyib, mən onu işdən azad etmişəm” – Sevil Əliyeva
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
"Bakı Metropoliteni”nin dövlətə vergi borcu - 9 milyonu keçdi
Ermənistanın xarici borcu 8 milyard dollara çatır
Şəbnəm Tovuzlu sabah konsert verəcək
GDU tələbələri ilə rəhbərlik arasında QALMAQAL - "Bu, mənim dədəmin pulu deyil, dövlətin puludur"
“Qaz pulu” borcu olanlara xəbərdarlıq - SMS gələcək
Ermənistanın xarici dövlət borcu daha da artıb
“Kəramət Böyükçöllə ciddi danışmalıyıq” - Mirşahin qəzəbləndi
Dövlət qurumu milyonluq vergi borcu olan şirkəti qalib etdi
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Bu ölkənin dövlət borcu rekord rəqəmlərə çatıb
Elm dünyası silkələndi – Nəzəriyyələri alt-üst edən kəşf
Cəmiyyətin tənqid etdiyi serialın yayımı dayandırıldı
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Tanınmış meyxanaçı evini satır - Səbəb
Azərin Şuşada konsert verəcək
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”