Yeni “tender canavarı”nın şirkətlərini kim himayə edir?...
12-02-2021, 16:47
107

Yeni “tender canavarı”nın şirkətlərini kim himayə edir?...

Dövlət satınalmalarında kobud qanun pozuntularından biri də eyni ünvanda və eyni şəxs  tərəfindən yaradılan şirkətlərin tez-tez müsabiqələrdə qalib elan olunmasıdır. Qanunlara meydan oxuyan tender mafiyası sərt tənqidlərə baxmayaraq, fəaliyyətini heç nə olmamış kimi davam etdirməkdədir. 

Belə tender şəbəkələrinə Bakı, Qafqaz küç., 1A ünvanında qeydiyyata alınan şirkətləri misal göstərmək olar. 

Qanuni təmsilçisi Könül Məmmədova olan şirkətlər satınalmalar haqqında qanunverciliyin tələblərin cavab verməsə də, tenderlərin qalibi elan olunmağa başlayıb. 

Adıçəkilən şirkətlərindən biri də "Kip Servis” MMC-dir. MMC bu ilin fevralın 8-də Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi və məbləği 199 min 500 manat məbləğində olan tenderin qalibi olub. 

Tenderin şərtlərinə görə, şirkət 50 min ədəd, yaxud bir qutusu 3,90 manata olan kişi prezervativləri tədarük edəcək.

Maraqlıdır ki, 2020-ci ilin mart ayında QİÇS-lə Mübarizə Mərkəzi "Asavem” şirkətindən həmin məbləğdə (199,5 min manat) bu məhsuldan 120 min qutu alıb (1 qutu 1,66 manata). Həmin ilin iyul ayında QİÇS-lə Mübarizə Mərkəzi və "Alkon-111” MMC arasında bir qutusu 1,52 manata olan 40 min prezervativin alınmasına dair müqavilə imzalanıb. Göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi üçün bu il qiymətlər təxminən 3 dəfə bahalaşıb. 

Bakının ən məşhur apteklərində 2024-cü ilədək istifadə müddəti olan qoruyucu gigiyenik vasitə N3-ün pərakəndə satış qiymətləri istehsalçı firmalardan (xüsusi gigiyenik sertifikatı olan - red.) asılı olaraq 2-3,5 manat arası dəyişir. Topdansatış qiymətlərində ən azı -25 faiz fərq olduğunu nəzərə aldıqda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bu il "bahalı” qoruyucu (kişi prezervativi - red) alması ciddi şübhələrə əsas verir. 

Digər bir tərəfdən 10 manat nizamnamə kapitalına malik KİP SERVİS MMC 28 avqust 2020 tarixində yaradılıb. Bu isə o deməkddir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi satınalmalar haqqında qanunvericiliyi kobud şəkildə pozub. Belə ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır. 

Kip Servis MMC-nin qeydiyyatda olduğu ünvanda keçən il daha 2 şirkət (Qarant-Com MMC və Resta Ltd MMC) yaradılıb. Belə ki, qanuni təmsilçisi Könül Məmmədova olan şirkətlərdən biri və 3 ay bundan əvvəl (26.11.2020 tarixində) yaradılan Qarant-Com MMC indiyə kimi 3 satınalma müqaviləsi bağlayıb. 

8№-li sanatoriya tipli internat məktəbinin keçirdiyi içməli suyun daşınması (36000 AZN) və çirkab suyun çıxarılması və daşınması işləri (28400 AZN) üzrə kotirovka sorğularının qalibi Qarant-com MMC olub. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin keçirdiyi və məbləği 7 min 290 manat olan kotirovka sorğusunun qalibi də  Qarant-Com MMC olub. 

Qeyd edək ki, Qarant-Com MMC 26.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A–da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.

Məmmədova Könül Malik qızınin 2020-ci ilin dekabr ayında yaratdığı Resta-Ltd MMC isə hələlik satınalmalarda qalib elan olunmayıb… /Qaynarinfo.az/

Oxşar xəbərlər

Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
Şair Alxasovun ŞÜBHƏLİ TENDER ORTAQLARI - İLGİNC
Yevlaxda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC
Dövlət Vergi Xidmətindən ABSURD QƏRAR - milyonluq vergi borcu olan şirkəti 12,8 milyonluq tenderin qalibi etdi
Qazaxda tenderlərin "çempionu" yenə qalib çıxdı - "AZƏRTRANSS" MMC-nin Qazaxda milyonluq tenderləri ...
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir - İcazə verin, şübhələnək...
Tərtərdə tenderləri kimlər udur? - SİYAHI
Saatlıda büdcə pulları kimlərə həvalə olunur? - SİYAHI
Siyəzənin başçısı da büdcə pullarını belə səpələyir... - İLGİNC
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC
Göygöldə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
Qubada dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi - FOTO
Cəmi 8 gün əvvəl yaranan şirkət nazirliyin tenderini qazandı
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Zərdabın icra başçısından şübhəli gedişlər... - İTTİHAM
Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir
1900 manata alınan əlil arabası gömrükdə 190 manata rəsmiləşdirilir?
Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb