“Zaur Alxazov Ziya Məmmədovun şəxsi mühafizəçisi olub” - QALMAQAL
12-02-2021, 17:10
146

“Zaur Alxazov Ziya Məmmədovun şəxsi mühafizəçisi olub” - QALMAQAL

“Azərişıq” ASC-nin mühafizə xidmətinin rəisi Zaur Alxazovun təzyiqlərinə dözməyərək ərizə yazaraq işdən çıxdım. Əslində, 2011-ci ildən çalışdığım işdən məcburi şəkildə çıxarıldım”. DİA.AZ xəbər verir ki, bunu “Azərişıq” ASC-nin baş ofisində mühafizə xidmətində çalışan Bakı sakini Şamxal Qocayev deyib.

O bildirib ki, ASC-nin mühafizə xidmətinin rəisi Zaur Alxazov ona davamlı təzyiqlər edib: “2011-ci ildən “Azərişıq”da işləyirəm. Bir il öncə sədr Vüqar Əhmədov sürücüsü Zaur Alxazovu mühafizə xidmətinin rəisi təyin etdi. Bütün problemlərimiz də bundan sonra başladı. Zaur Alxazov sabiq nəqliyyat naziri Ziya Məmmədovun şəxsi mühafizəçisi olub. Bunu fəxrlə hər yerdə deyirdi. O gələndən sonra demək olar ki, bizə işləməyə imkan vermirdi. Təyin olunan iş saatlarımız, istirahət vaxtımız qanuna uyğun deyildi. Axşam növbəsi ard-arda iki gün – saat 20:00-dan növbəti gün səhər 8:00-a kimidir. Növbəti gün də istirahətsiz eyni qayda ilə axşam növbəsinə çıxırıq. Zaur Alxazov iş vaxtı, axşam saatları zəng edib, yerli-yersiz bizi təhqir edib, işdən nə vaxt ərizə yazıb çıxacağımızı, çıxmasaq, nöqsanlı şəkildə çıxaracağını deyirdi. Çəkinmədən deyirdi ki, mən də pul qazanmalı, ailə dolandırmalıyam. Bir ay ərzində mühafizə xidmətinə on nəfər yeni işçi götürmüşdü. Təsəvvür edin, bir növbəyə üç, bəzən dörd işçi düşürdü”.

Şamxal Qocayevin sözlərinə görə, ay ərzində 240 saat işləyib, cəmi 170 iş saatına görə əməkhaqqı alıb.

O deyir ki, bütün işçilər belə maaş alıblar və əksəriyyəti narazı olsa da, məcburiyyətdən dözüb işləyirlər: “On ildir işlədiyim müddətdə heç bir işçiyə cərimə yazılmamışdı. Zaur Alxazov mühafizə xidmətinin rəisi təyin olunandan sonra maaşın əlli faizini cərimə edir. Ayın sonunda pulun yarısını alırsan. İşlədiyim müddətdə əziyyət və təhqirlərə məruz qalmışam. İşçilərə ağzına gələni deyir, təhqir edirdi ki, işdən çıxaq. Hətta son beş aydır keçirdiyim stresslərdən dolayı əməlliyyata düşmüşəm. Əsəbdən məndə şiş yaranmışdı. Həkim müayinə zamanı harada işlədiyimi soruşdu. Hadisələri ona danışdım. Dedi ki, səndə şiş spazmadan, özü də yeni yaranıb. Zaur Alxazov əməliyyatdan sonra məni uzun müddət bəhanələrlə işə çıxmağa qoymadı. Üç ay bülleten götürdüm. Sonra vəziyyət elə həddə çatdı ki, bir ildə ikinci dəfə məzuniyyətə çıxdım. Yəni bu adam məni belə addım atmağa məcbur etdi. Məzuniyyətdən sonra işə çıxanda, yenə gəldi ki, nə oldu, özünə iş tapmadın? Çıx da, işdən. Mən səninlə işləmək istəmirəm. Hətta İkinci Qarabağ müharibəsində döyüşmüş iş yoldaşımıza da özünə başqa iş tapıb, çıxmağı tələb edirdi”.

Keçmiş işçi deyir ki, üzləşdiyi haqsızlıqla bağlı ASC-nin sədri Vüqar Əhmədova dəfələrlə məktub yazıb, görüşmək istədiyini bildirib. Ancaq müraciətlərinə baxılmayıb: “Vüqar Əhmədova ünvanladığım onlayn ərizələrin hamısı cavabsız qalıb. Onu da deyim ki, tək mühafizə xidməti deyil, orada illərlə çalışan, şəxsən tanıdığım vicdanlı, zəhmətkeş digər struktur əməkdaşları da kütləvi şəkildə vəzifələrindən uzaqlaşdırılıb. Axırda dözmədim, yanvarın 12-də işdən çıxmaq üçün ərizə yazdım. Əslində, qanunvericiliyə əsasən, bunlar mənə bir ay möhlət verməli idi. Elə həmin gün də əmək müqaviləmə xitam verdilər. Əmək kitabçamı onlardan güclə aldım, vermirdilər. Deyirdilər ki, sən artıq məzuniyyətə çıxmısan. Məzuniyyətə də özləri çıxarıblar. Dedilər ki, üç yüz manat ödə, kitabçanı verək. Dövlət Əmək Müfəttişliyinə və Prezident Adminstrasiyasına müraciət etmişəm. Adminstrasiyadan onlara işin araşdırılması ilə bağlı gələn məktubu gözardı ediblər, baxılmayıb. Dövlət Əmək Müfəttişliyinə yazdığım məktuba isə hələ cavab gəlməyib”.

“Azərişıq” ASC-nin baş idarəsinin mühafizə xidmətinin rəisi Zaur Alxasov açıqlamasında Şamxal Qocayevin yalan danışdığını deyib: “İddiaları əsassızdır, o, hazırda bizdə mühafizə xidmətində işləyir. Mənasız yerə şikayət edib, geri götürsün”.

Daha sonra əlaqə saxlayan Şamxal Qocayev bildirib ki, Zaur Alxazova zəng edildikdən sonra “Azərişıq” ASC-dən ona yeni iş təklif olunub.

Oxşar xəbərlər

Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
Zaur Baxşəliyev bu dəfə orduya 30 min yardım etdi
Şabranda YANĞIN: İki uşaq xəsarət aldı
“Azərişıq” DTX-nın saxladığı məmura vəzifə verdi – Vilyam işi…
İlham Əliyevdən generalla bağlı SƏRƏNCAM
Bu il 21 meşə gözətçisi işdən kənarlaşdırılıb
“Azərişıq”da kadr dəyişikliyi baş verib
Tanrıverdi Mustafayevi Vaqif Aydınoğlu əvəzlədi - TƏYİNAT
Putinin şəxsi mühafizəçisi Kremldə intihar etdi - FOTO
Zaur Bəxşəliyev qazimizə maşın hədiyyə etdi - FOTO
General Zaur Məmmədov Rüstəm Muradovla görüşdü
Metronun “8 Noyabr” stansiyasına rəis təyin edildi
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
Azərbaycanda kişi ondan boşanmaq istəyən arvadını öldürdü
Əlikramın evi uçub - Maraqlı səbəb
Bakı Metropoliteni"ndə yeni təyinat
Zaur Kamal “Xəzər”dən ayrıldı
“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi
“Zaura rəva bilməzdim belə şeyi səsləndirsin...”
Kamran Əliyevdən növbəti təyinatlar
Daha bir azərbaycanlıya Gürcüstanda vəzifə verildi
Azərbaycanda daha bir vəzifəli şəxs işdən AZAD EDİLDİ
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
Ziya Məmmədovun “FERMERLİYİ”: - “Neçə il nazir olub, indi guya mal-qara saxlayır, qoyun otarır...”
3 rayonda qanunsuz ov edənlər cərimələnib
Vüqar Əhmədov yerlərdə inkişafı və xidməti bu cür təmin edir? - İTTİHAM
Ermənistanın keçmiş polis rəisi Paşinyana “alçaq” dedi
“8 Noyabr“ stansiyasının heyəti komplektləşdirildi
AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC
DSMF 2-ci qrup əlilə niyə rədd cavab verir?.. - Yenə də absurd bəhanə...