Şuşada iki ev yandı
13-02-2021, 10:31
169

Şuşada iki ev yandı

Şuşa şəhərində ümumi sahəsi 250 kv.m olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bundan başqa şəhərdə sahəsi 50 kv.m olan ikimərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər