AzMİU-da beynəlxalq konfrans öz işinə başladı
24-09-2019, 18:30
10 294

AzMİU-da beynəlxalq konfrans öz işinə başladı

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaatın bütün mərhələlərində rəqəmsal transformasiyaya həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Unikal.org xəbər verir ki, tədbirin təşkilatçısı AzMİU ilə yanaşı, layihələndirmə və tikinti sahələrində proqram təminatının qlobal təchizatçısı olan Trimble şirkətinin Azəbaycanda yeganə səlahiyyətli nümayəndəsi olan AZEL Systemsdir. Konfransın əsas məqsədi inşaat sahəsində aktual problemlərin və bu problemlərin real layihələr əasasında, inkşafa yol açan yeni texnologiyaların istifadəsi ilə mümkün həllərinin müzakirəsidir. 
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açılış nitqi ilə qonaqları, iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Sonra AZEL Systems şirkətinin Baş Direkoru İqor Yakovenko açılış nitqi ilə çıxış edib, şirkətin fəaliyyəti barədə iştirakçılara məlumat verib. Tekla Trimble şirkətinin kommersiya direktoru Denis Kuptsov isə “Tikinti sahəsinin rəqəmsallaşdırılmasında ümümdünya trendləri, BIM texnologiyası və Trimble həlləri” adlı məruzə ilə çıxış edib. Sonra, Azfen şirkətinin baş direktoru Həmid Həsənov,  SOCAR Foster-Wheeler Engineering-in baş direktoru (Elməddin Dadaşov öz təcrübələrini bölüşüb, iş prosesində AZEL Systems-in təqdim etdiyi yüksək texnologiyaların tətbiqində əldə edilən uğurlardan danışıb. Konfransda BİM texnologiyalarının trendləri və Trimble istehsalı olan digər proqram təminatları (Tekla Structures, SketchUp, Trimble Connect) da ayrıca müzakirə olunub. 
Konfransda çıxış edən Trimble Solutions şirkətinin kommersiya direktoru Denis Kuptsov bildirib ki, Azərbaycanda belə bir Trimble konfransı ilk dəfə AzMİU-da təşkil olunub. “Biz rəqəmsal texnologiyaların inkşafı və onlara keçidin vacibliyini anlayan yerli mütəxəsislərlə dialoq qurmağı planlaşdırırıq”. 
Konfransın sonunda AZEL Systems şirkəti uğurlu əməkdaşlığa görə partnyorlarını mükafatlandırıb, onlara sertifikatlar təqdim edib. İki gün davam edəcək konfransın ikinci günü AzMİU-nun tələbələri üçün Tekla Structuresdan istifadə üzrə praktiki master-klass təşkil olunacaq. 

Oxşar xəbərlər

Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
ADU-da “Chuanyan” Çin bayramı qeyd olundu
ADU-da Konfutsi institutları günü qeyd olundu
Tikinti şirkətinin iddialarına kran sahibinin CAVABI - VİDEO
“Günay Sığorta”da yeni TƏYİNAT
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
AĞALAR Vəliyev tikinti sektorunu AĞLAR günə qoyub-Ağalar Vəliyev kimdir ?
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
“BakuBuild 2019” sərgisi işə başladı
Rusiyada yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi
Hyundai-nin uçan avtomobil bölümünə NASA mühəndisi liderlik edəcək
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
Lukaşenko: “Mən sağam və xaricə getməmişəm”
Əli Abbasov işdən çıxarıldı
Teleport texnologiyaları Azərbaycanda Covid-19 ilə mübarizəyə dəstək olacaq
Abşeronda müəllimlər günü qeyd edilib
Rusiyanın böyük rabitə şirkətinə azərbaycanlı rəhbərlik edəcək
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Bakıda şirkət direktoru koronavirusdan vəfat etdi - FOTO
“Məktəblər və universitetlər açılmayacaq” - İlham Əliyev
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
"Dollar kəskin ucuzlaşacaq" - Ekspert
Nazir müavini: "Oktyabrın sonuna qədər "Yüksəliş proqramı"nın təqdimatı keçiriləcək"
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
Prezident İlham Əliyev dövlət başçılarının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının iştirakçıları ilə qeyri-formal görüşündə iştirak edib
Sahibə Qafarovadan Milli Məclisin otaqları ilə bağlı SƏRƏNCAM