Yollarda YEYİLƏN MİLYONLAR... - Bunların hesabı sorulacaqmı?
15-02-2021, 12:08
100

Yollarda YEYİLƏN MİLYONLAR... - Bunların hesabı sorulacaqmı?

Ötən günlərdə Azərbaycanda yolların və tunellərin çəkilməsinə 10.5 milyard manat vəsaitin ayrılmasına dair xəbər yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, rəsmi statistik məlumatlara görə, həmin pul bir neçə layihənin icrasına yönəldilib.

Belə ki, Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə yolların tikintisi və təmirinə ümumilikdə, 10,5 milyard manat xərclənib. Bu pullardan Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun çəkilməsinə, 2008-ci ildə büdcədən 545 milyon 287 min 800 manat, sonradan isə əlavə ayırmalara hesabına 1 milyard manata qədər ayrılıb.

Ayrılan pulların 360,6 milyon manatı (460 milyon dollar) Zığ-Hövsan-Aeroport istiqamətində çəkilmiş, uzunluğu 13,2 kilometr olan yoluna sərf edilib. “Metronun Gənclik stansiyasında tunel tikintisinə 2010-cu ildə 225 milyon, 2011-ci ildə 80 milyon manat, cəmi 305 milyon manat (388 milyon dollar), Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon , 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat, cəmi 147,2 milyon manat (187,4 milyon dollar) “sərf edilib”.

Elə rəsmi rəqəmlərdən də aydın görünür ki, həmin pullar yalnız bir neçə layihəni əhatə edib. Bəs, bunlardan əlavə, Bakı-Qazax və Bakı-Astara avtomobil yollarının inşasına nə qədər vəsait xərclənib?

JAMAZ.İNFO bununla bağlı apardığı araşdırma zamanı Bakı-Astara yolunun da ucuz başa gəlmədiyini üzə çıxarıb. Araşdırmalar zamanı məlum olub ki, Ələt-Astara yolunun (243 km) layihələndirilməsini İran şirkəti həyata keçirib. Daha doğrusu, Azərbaycan Nəqliyyat Nazirliyi İranda avtomobil yollarının çəkilişini layihələndirən və kifayət qədər təcrübəli olan şirkətlərdən birinə müraciət edib. Həmin şirkət öz növbəsində bütün ərazidə araşdırma apararaq, yəni, ərazini bütünlüklə gəzərək yeni çəkiləcək yolun istiqamətlərini və hansı parametrlərə uyğunlaşdırılacağını müəyyən edib.

Əldə etdiyimi məlumata görə, İran şirkətinin hazırladığı layihəyə əsasən Bakı-Astara yolunun uzunluğu 240 km olmalıymış. Bundan başqa, ikizolaqlı yolun eni 32 metr müəyyən edilib. Layihəyə əsasən yük maşınlarının ümumi yola daxil olmaması üçün hər iki tərəfdən onlar üçün ayrıca hərəkət zolağı nəzərdə tutulubmuş.

Yolboyu körpülərin, su keçidlərinin, habelə tunellərin və digər işlərin görülməsi də layihələndirilib. İran şirkətinin hazırladığı layihəyə əsasən yolun çəkilişi 400 milyon dollar başa gəlməliymiş. Layihəni baha edən səbəb isə ərazidə bir neçə bataqlığın olması, onların üzərindən müasir standartlara uyğun körpülərin çəkilməsi imiş. Amma…

İşin amması barədə bir qədər sonra. Öncə rəsmi statistik məlumatlara diqqət yetirək. Rəsmi məlumata görə, Bakı-Astara avtomobil yolunun uzunluğu 281,3 km təşkil edir.

“Azəravtoyol” ASC-nin yaydığı məlumata görə, yolun ümumi uzunluğu 173.6 km təşkil edir. Layihə çərçivəsində yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə yol yatağının eni 26.5 metr təşkil edir. Bura 15 metr enində hərəkət hissə, 4 metr ayrıcı zolaq və 3.75 metr enində çiyinlər daxildir.

İndiyə qədər 23.4 km-lik Yenikənd-Salyan hissəsinin və bu hissədə yerləşən Kür çayı üzərində yeni 363 metr uzunluğunda körpü, 86 dairəvi boru və düzbucaqlı su keçidi, 12 yeraltı keçid, 2 körpü, həmçinin 1 tunel də inşa olunub.

Bundan başqa, Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində 179 dairəvi boru və düzbucaqlı su keçidi, 21 yeraltı keçid, 5 körpü, həmçinin 1 tunel inşa olunub. Eyni zamanda, daha onlarla körpü, yeraltı keçid, su keçidləri və sairə inşa olunub. Maraqlıdır ki, “Azəravtoyol” Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğunu 243 km göstərir. Yeni yolun inşasından sonra isə bu rəqəmin 38.4 km qısalaraq 204.6 km olacağını qeyd edib.

İndi isə keçək əmma məsələsinə. JAMAZ.İNFO-nun araşdırmasına görə, yolun layihələndirimlməsini həyata keçirən İran şirkəti Azərbaycan Nəqliyyat Nazirliyi ilə danışıq apararaq, yolun inşa edilməsi işini də həyata keçirə biləcəyini bəyan edib. Şərtlər isə ondan ibarət olub ki, yol çəkilişi üzrə mühəndislər İrandan gətiriləcək, işçi qüvvəsi tamamilə Azərbaycan vətəndaşlarından təşkil olunacaq. Və bunun üçün 400 milyon dollar ödənilməsi kifayət edir. Yolun çəkiliş müddəti üçün isə İran şirkəti cəmi 3 il vaxt istəyib.

Azərbaycanın Nəqliyyat Nazirliyi yolun layihəsini hazırladığına görə, şirkətə təşəkkür edib və hesabına 2 milyon dollar pul köçürüb. Amma bildirib ki, onların hazırladığı layihə bahalıdır və Azərbaycan Nəqliyyat Nazirliyi hazırda həmin vəsaitlə yol çəkmək iqtidarında deyil.

Maraqlı məqam odur ki, Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik layihəni aldıqdan iki həftə sonra onun yeni smetasını hazırlayıb. İlkin mərhələdə Ələt-Astara avtomobil yolunun çəkilişi üçün hökumətdən 600 milyon manat və ya 800 milyon dollar pul istəyib. Üstəlik, yolun parametrlərində də ciddi dəyişiklik edilir. Uzunluq Bakı-Astara yolunun uzunluğu 240 km-dən 281 km-yə qaldırılır. 32 metr eni olan yol isə 26.5 metrə salınır. Körpülərin, keçidlərin və su borularının sayı artırılır.

Lakin pul ayrılması prosesi bununla da yekunlaşmır. Əldə etdiyimiz məlumata görə, 2018-19-cu illərdə tam təhvil verilən Ələt-Astara yolunun tikintisinə toplam 1.2 milyard manat vəsait xərclənib ki, bu da olduqca dəhşətli rəqəmdir. Üstəlik, 2008-ci ildən inşası başlayan yolun tikintisi tam 11 il çəkib. Ancaq yolun Lənkəran və Astara hissəsində tikinti işləri davam edir. Xüsusən də Astaradan İran sərhəddinə qədər olan əsas yol üzrə demək olar ki, heç bir iş görülməyib. Halbuki rəsmi sənədlərdə yolun sərhəddə qədər çəkildiyi qeyd olunur.

Bütün bunların yekunu olaraq qeyd edək ki, Bakı-Astara avtomobil yolunun tikilməsinə əgər 2008-ci ildə 3 il vaxt və 300 milyon manat vəsait lazım idisə, Ziya Məmmədovun sayəsində bu rəqəm 4 dəfə artaraq, 1.2 milyard manata çatdı. Eyni zamanda, müddət də 4 dəfə artmaqla 11 ilə qalxdı. Aydın məsələdir ki, istər müddətin uzanması, istərsə də məbləğin şişirdilməsi korrupsiya əməllərinin göstəriciləridir. Yəni, Nəqliyyat Nazirliyi “Azəravtoyol”la əlbir olaraq, Gənclik metrosu yaxınlığında inşa edilmiş 2.4 km uzunluğundakı yeraltı tunelin tikintisinə 512 milyon manat necə “sərf” etmişdilərsə, Bakı-Astara yolunun da inşasına 1.2 milyard manat “sərf” ediblər.

Oxşar xəbərlər

Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Smeta dəyəri 320 milyon manat olan Bakı-Astara yolu 1.2 milyard manata necə başa gəldi?
Gənclikdəki tunel 512 milyon dollara başa gəlib? - Zakir Qaralovun şirkətiylə bağlı qalmaqal
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
Əlişir Usmanovun ayırdığı 5 milyon 20 min insan arasında paylandı
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi
Prezident sərəncam imzaladı: büdcədən 2,2 milyon manat ayrıldı
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı - SƏRƏNCAM
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək
Ermənistanın xarici borcu 8 milyard dollara çatır
COVİD-19-la mübarizəyə xərclənən vəsaitin məbləği açıqlandı
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
Gənclikdəki tuneldə yeyilən milyonların izi ilə... - Sən demə...
Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir
Elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq - Nazirlik
Sosial media nəhənglərinin gəliri artıb
Azərbaycanda koronavirusla mübarizəyə nə qədər vəsait xərclənib? - RƏSMİ
Müharibə Ermənistana 38 milyarddan çox zərər vurub - Rəqəmlər açıqlandı
Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Prezidentdən 12,5 milyonluq sərəncam
Baş Prokurorluq 13 milyon 283 min manatlıq əmlaka həbs qoyub
Qobustanın icra başçısı büdcə pullarını kimə ötürür... - İLGİNC
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR