Azərbaycanda virusun üçüncü dalğası yarana bilər - XƏBƏRDARLIQ
15-02-2021, 13:54
132

Azərbaycanda virusun üçüncü dalğası yarana bilər - XƏBƏRDARLIQ

“Bu gün dünyada vəziyyəti dərk edən və doğru qiymətləndirə bilən elm adamları haqlı olaraq növbəti böyük dalğa təhlükəsindən danışır. İzlədiyim qədər Azərbaycanda bir çox insanlar bunun ciddiyətinin fərqinə varmırlar və bəziləri təəssüf ki, hətta sərt karantin rejimlərinin faydasızlığını iddia edir”.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, bu cür danışıq tərzlərinin elmi əsasının olmaması problemin aktuallığını müəyyən distansiyalarda qavramağa maneçilik törədə bilər:
“Bu da Azərbaycan üçün növbəti ciddi təhlükə yaşada bilər. Son günlər baş verənlərə diqqət yetirsək açıq şəkildə görə bilərik ki, hələ virusun yeni mutasiyasını nəzərə almasaq belə virusun yenidən insanlar arasında yayılması ehtimalı artıb”.
Azərbaycanlı alim hesab edir ki, yoluxma sayı müəyyən həddə çatdıqdan sonra virus təkrar səhiyyə sisteminə ciddi təsir edəcək qədər arta bilər və yenidən sərt karantin rejiminin tətbiqi qaçılmaz olar:
“Bu gün peyvəndin tətbiqinə görə pandemiyanın sonunun gəldiyini düşünən insanların qaydalara əməl etməməsi və karantin yumşalmalarından sui-istifadə hallarına görə yoluxma saylarında artımın olması qaçılmazdır. Bundan əlavə, yeni virus mutasiyaları vəziyyəti daha da qəlizləşdirir. Belə ki, yeni mutasiya variantının Azərbaycanda olma riski çox yüksəkdir. Hətta deyərdim ki, bəlkə də artıq çoxdan yayılıb. Tətbiq edilən yumşalmalar çərçivəsində mutasiyanın artıq elmlə sübut edilən daha sürətlə yayılma gücü özünü göstərəcək və bizə məlum olan koronavirus növü ilə bərabər gözlənilən zamandan da öncə kəskin artmağa başlayacaq ki, bu da Azərbaycanda növbəti böyük dalğanı əmələ gətirəcək. Bunun qarşısını indidən almaq üçün isə sərt karantin rejimi tətbiq etmədən mütləq fərqli şəraitlərdə sabit qaydaların qoyulması və insanlarla problemlərin açıq şəkildə danışılması çox vacibdir, əks halda üçüncü dalğa və sərt karantin rejimi qaçılmaz ola bilər”. (Report)

Oxşar xəbərlər

COVİD-19-dan sağalan şəxs yenidən virusa yoluxarsa... - HƏKİM RƏYİ
Restoran və kafelər yoluxma riskini 2 dəfə artırır - Həkimdən XƏBƏRDARLIQ
Koronavirus yoluxduruculuq qabiliyyətini nə zaman itirəcək? - Həkim rəyi
Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
Almaniyada yaşayan azərbaycanlı alimdən koronavirusun mutasiyasıyla bağlı XƏBƏRDARLIQ
Koronavirus nə zaman bitəcək?
“Bundan daha pis nəticələr görməmək üçün...” - Azərbaycanlı alim
Açıq havada tibbi maskalardan istifadənin effektivliyi - Həkim rəyi
İnsanlar peyvəndləndikdən sonra da maska taxmalıdırmı? - HƏKİM RƏYİ
Koronavirusun yeni növ ilə bağlı xəbərlərə həkim münasibəti
Ciddi karantin rejimindəki məhdudiyyətlərə əlavələr mütləqdir - TƏKLİF
Məşhur həkimdən məktəblərlə bağlı XƏBƏRDARLIQ
“Sinovac”ın qoruyucu təsiri açıqlandı: “Türkiyədə aparılan tədqiqatlar göstərir ki...”
Üçüncü dalğanın astanasındayıq - Həkimdən XƏBƏRDARLIQ
Bu şəxslər üçün peyvənd təhlükəli ola bilər
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”
Kafe və restoranların fəaliyyəti bu şərtlə bərpa oluna bilər - AÇIQLAMA
SMS icazə yenidən tətbiq edilə bilər? - AÇIQLAMA
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq
Koronavirusu ən təhlükəli şəkildə yayanlar
"Sinovac" peyvəndi nə qədər effektivdir?
ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: - Mövcud epidemioloji vəziyyət dəyişə bilər
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
Yoluxma pik həddə: SMS icazə bərpa edilir?
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
Azərbaycanda koronavirusun yeni ştamı aşkarlanıb? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda karantin qadağaları ləğv edilə bilər - Bu tarixdə
ÜST rəsmisinin Azərbaycan üçün qorxulu proqnozu
“Qışda COVID-19 adi xəstəlik kimi olacaq”