Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür.
Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub.
O, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur.
Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.
Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.
Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.
Azərbaycanda elmin, təhsilin inkişafında böyük xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə “Şöhrət” ordeninə layiq görülüb.
O, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində Birləşmiş İxtisaslaşdırılmış Şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində Aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə Şurasının üzvüdür.
Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik edib. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirib, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak edib.
Əməkdar elm xadimi 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.
Akademik Arif Paşayevin doğum günüdür
15
fevral
16:23

Qarabağ
OXŞAR XƏBƏRLƏR
AMEA-nın alimi koronavirusdan vəfat etdi
AMEA-da “Mehdiyevsayağı islahat“: 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirildi
Ramiz Mehdiyev bu institutun bütün rəhbərliyini işdən qovdu
Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat edib - Foto
Ramiz Mehdiyev yeni direktor təyin etdi
AzTU-nun professoru vəfat edib
Kafedra müdiri koronavirusdan vəfat edib
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür
Azərbaycanda institut direktoru vəfat etdi
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
AMEA-nın iki institutunun direktoru İŞDƏN ÇIXARILDI
“Bu gün mənim yox, Ağdamın doğum günüdür“ - Əli Mirəliyev
Mehriban Əliyeva üçün özəl gün
Əməkdar artist koronavirusdan vəfat etdi - Foto
Milyonları kim yeyib? - “O zaman sədr Ramiz Mehdiyev idi...”
Bunu yalnız Ramiz Mehdiyev bilir: Bilsin, ancaq mətbuatı hədələməsin...
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
AMEA-da iclas: qurum özü-özünü tənqid etdi
Ramiz Mehdiyev AMEA-da yeni vəzifələr yaratdı
AMEA-da plagiatlıq edən direktorun yerinə TƏYİNAT
Ramiz Mehdiyev İsa Həbibbəylini də vəzifəsindən azad etdi
Murad Arif fləşmob sayəsində Orduya 652 min manat ianə topladı
Arif Babayevdən üzücü xəbər - koronavirusa yoluxdu
Azərbaycan mədəniyyətinə ağır itki
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü
Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi
Ramiz Mehdiyev təkzib etdi
- Azərbaycan nefti bahalaşdı
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Maşının yük yerindən 7 kiloqram narkotik tapıldı
- Ailəyə ən çox bağlı olan 3 bürc
- Hövsanda anbardan 30 min manatlıq oğurluq olub
- Yatmazdan əvvəl telefonu boş stəkana qoyun – SƏBƏB
- “Konyaspor” Mahir Emrelini transfer etmək istəyir
- Nazirliyə ayrılan xidməti minik avtomobillərinin sayı artırıldı
- Yaxşı gecə yuxusu üçün ideal içki açıqlandı
- Zelenskidən Rusiya və Belarus şirkətləri ilə bağlı sanksiya qərarı
- Mavi balina sahildə partladı - Əhaliyə uzaqlaşdırma əmri verildi (VİDEO)
- Tokayev İlham Əliyevi təbrik etdi
- Türkiyəli müğənni vəfat etdi
- Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb
- Problemlərin həlli üçün əlverişli gündür - BÜRCLƏR
- "Adım Farah"da bu aktyor rol alacaq
- Xaçmazda ahıl kişi intihar etdi
- Türkiyəli aktrisa toydan 2 ay sonra ana oldu
- "Rusiya Baxmutu tam nəzarətə götürüb" - “Vaqner”
- Yaponiya Rusiyaya bəzi xidmətlərin göstərilməsini qadağan edəcək
- İspaniyada “F-18” qırıcısı qəzaya uğradı: Pilot katapult etdi
- Balıqlara qadağa mövsümündə burada ov edə bilərsiniz
- Bayden jurnalistə kobud cavab verdi: “Ağzını yum”
- Azərbaycan nefti bahalaşdı