Yeni nazirin FETO ilə nə əlaqəsi... - Ortada suallar var...
16-02-2021, 10:15
83

Yeni nazirin FETO ilə nə əlaqəsi... - Ortada suallar var...

"Hörmətli cənab nazir! Saytımızda hər zaman sizin iş fəaliyyətinizi əhatəli şəkildə işıqlandırmış, müsbət fikirlər səsləndirmişik. Haqqınızda səsləndirilən tənqidi fikirlərə dərhal reaksiya verərək etiraz olaraq buna qarşı çıxmışıq. Gənc nazir kimi perspektivinizə inandığımız üçün mediada sizi daim belə tənqid edənlərin haqlı və haqsız tərəflərini araşdıraraq ictimaiyyətə həqiqəti əks etdirən məlumatlar vermişik. Hətta bu münasibətimizə görə bəzən tənqidlərə, hədə-qorxulara, hətta təhqirərə belə məruz qalmışıq. Hətta sabiq nazir müavini Məhəbbət Vəliyevanın göstərişi ilə Bakı şəhərində və digər rayonlarda fəaliyyət göstərən bir çox məktəb direktorları tərəfindən məhkəmələrə verilmişik". Bunu Rubrika.Az saytının baş redaktoru Nicat Mahmudov Təhsil Naziri Emin Əmrullayevə müraciətində qeyd edir.

Müraciət müəllifi daha sonra bildirir: "Lakin azad medianın təməl prinsipi kimi informasiyanın yayılması, bütün tərəflərin maraqlarının təmin edilməsi bizim üçün vacibdir. Haqqınızda saytımızda dərc olunan müsbət yazılardan sonra redaksiyamıza barənizdə tənqidi fikirlər, iddialar daxil olub. KİV haqqında qaydaları nəzərə alaraq həmin fikirləri diqqətinizə çatdırmaqla bəzi suallarımızı cavablandırmanızı xahiş edirik.

SUAL 1. Haqqınızda redaksiyamıza daxil olan məlumatlar sırasında sizin qardaş Türkiyədə bir çox dövləti cinayətlərə imza atmış, ölkəmizdə də təşkilatlanmağı bacaran FETO ilə sıx əlaqələrinizin olmasıdır. Bildirilir ki, siz uzun illərdir ki, hələ Qafqaz Universiteti dönəmindən FETOçularla olduqca sıcaq əlaqələr yaratmış, onların Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə rəhbərlik etmisiniz. Hətta zamanında hakim komandaya sizin təqdimatınızı da FETOnun ölkəmizdə əsas funksionerlərindən biri olan prezidentin sabiq köməkçisi Əli Həsənov tərəfindən edildiyi bildirilir. Rubrika.Az-a daxil olan məlumatlarda sizin bu gün də həmin təşkilatla əlaqədə olduğunuz bildirilir. Eyni zamanda bu barədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Türkiyə Prezidenti cənab Ərdoğana, Türkiyə Səfirliyinə, İqtisadi İnkişaf naziri M.Cabbarova müraciət edərək mövzunu ictimailəşdirərək diqqət mərkəzinə gətirilməsində israrlıdırlar. Öz tərəfimizdən bildiririk ki, türk xalqının düşməni olan Fətullah Gülən və onun tərəfdarları düşmənimizdir və hər zaman bizləri qarşısında görəcək. Söylənilən iddialara sizin münasibətinizi bilmək istərdik. Doğrudanmı, sizin FETOçularla sıx əlaqələriniz varmı? Bunun Azərbaycanda da çox böyük siyasi skandal olduğunu nəzərə alsaq buna münasibət açıqlamağınızı gözləyirik.

SUAL 2. Təhsil sahəsində kifayət qədər problemlər hökm sürür. Bu gün də bu vacib sahədə rüşvət və korrupsiyanın olması heç kimə sirr deyil. Bilavasitə rəhbərlik etdiyiniz sahədə kütləvi korrupsiya faktlarının olması narahatlıq doğurur. Hətta əksər məktəblərdə müəllimlərin əmək haqqından qanunsuz tutulmalar olduğu, onların direktorlara aylıq haqq ödədiyi də məlumdur. Təhsil naziri olaraq bu hallar barəsində niyə qəti tədbirlər görülmür? Rəhbərlik etdiyiniz sahədə korrupsiyaya qarşı hansı tədbirlər görülür?

SUAL 3. Məktəb direktorlarının vəzifəyə təyinatında da qanunsuzluqların, tapşırılmaların olduğu bildirilir. Nazir təyin olunandan sonra paytaxtın 20-yə yaxın məktəbində direktor dəyişikliyi baş verdi. Nazir təyinatınızdan çox qısa müddət sonra baş tutan bu təyinatlarda hansı kriteriyaları əsas götürmüşdünüz? Həmin şəxslərin təyinatında M.Vəliyevanın rolu nə qədər olub? (Redaksiyamıza daxil olan məlumatda həmin direktorların məhz keçmiş müavininizin kadrları olduğu bildirilir)

SUAL 4. Ümumiyyətlə, M.Vəliyevanın nazirlikdən çıxarılması prsesi barəsində də ilginc məlumatlar almışıq. Məlumata görə, vəzifədən çıxarılması barədə ərizəsi dekabrın 25-də yazılmasına baxmayaraq M.Vəliyeva fevral ayında rəsmən işdən çıxarıldı. Bildirilir ki, ümumiyyətlə M.Vəliyeva barəsində hüquq-mühafizə orqanlarında tədbir görülməsi barəsində xüsusi hazırlıqlar gedir. Rəhbəri olduğunuz nazirlikdə belə proseslərin baş verməsinə münasibətiniz maraqlı olardı.

Ümumiyyətlə Dövlət başçısının və Birinci Vitse-prezidentin həmişə xüsusi diqqət yetirdiyi təhsil sahəsində baş verənlər narahatlıq doğurur. Biz imkan daxilində hər zaman sizə qarşı əsassız iddialara qarşı çıxırıq. Amma gördüyünüz kimi barənizdə kifayət qədər ciddi ittihamlar səsləndirilir. Bu məlumatların ictimailəşdirilməsinin sizə və rəhbərlik etdiyiniz nazirliyə heç də müsbət imic formalaşdırmayacağı qənaətindəyik. Odur ki, suallarımızı cavablandıracağınıza ümid edirik!"

Rubrika.Az

Oxşar xəbərlər

199 minlik «direktor əməliyyatı» - İDDİA
Şagirdlərə planşet paylanılacaq? - Nazir AÇIQLADI
ATU rektoru yenə ara qarışdırır - Zamdekan üsyan edir
Əsgər valideynləri Ermənistan hökumətini küncə sıxıb
Kəlbəcərdə erməni direktor məktəb binasını belə yandırdı - Video
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Misir Mərdanovdan maraqlı etiraf - "Özüm müraciət etmişdim"
Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi
Əli Həsənovun sağ əli Emin Əmrullayev necə Təhsil naziri oldu?-ŞOK VİDEO
Nazir məktəblərin açılacağı tarixi elan etdi
Təhsil naziri Emin Əmrullayevə 53 saylı məktəbin rəhbərliyindən ŞİKAYƏT EDİLDİ
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Cəlilabadda təhsil adına heç nə yoxdur... - İDDİA
Nazir Əli Həsənovun oğlunu işdən çıxardı
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Nəsimi DYPŞ-də Qara ƏLƏM parolu nədir ?
Ziya Məmmədov xalqı dolayır... - Görünəni budur...
Nazir ictimaiyyətə müraciət edib
Təhsil nazirinin bu sözü rüşvətə yaşıl işıq yandırmaqdır - Ekspert
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Mikayıl Cabbarovun qılıncının dalı da kəsir, qabağı da... - Onu bu ağır yükdən xilas etməyin yeganə yolu
Ölüm hökmü verilən amma Heydər Əliyev tərəfindən əfv olunan sabiq nazir biznesini dayandırdı - FOTOFAKT
Rabitə və nəqliyyat işini bilməyən Rabitə və Nəqliyyat naziri Ramin Quluzadə  Rabitə nazirliyi, yoxsa saçyoldu kantoru ?
“Paşinyan kimi anormalla heç bir ölkə danışıq aparmaz” - İşxan Saqatelyan
Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETÖ"çü adlandırdı
Sabiq nazir suda boğuldu
Nazir: "Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"
“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu”
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…