Baş prokuror protest verdi: Vəzifəli şəxsin hökmü ləğv edildi - TƏFƏRRÜAT
17-02-2021, 12:56
254

Baş prokuror protest verdi: Vəzifəli şəxsin hökmü ləğv edildi - TƏFƏRRÜAT

Salyan rayon İcra Hakimiyyəti Başçısının Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ramin Həsənov və Salyan rayonu Qarabağlı kənd 2 saylı tam orta məktəbində müəllim Elvin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın xəbərinə görə, Ramin Həsənov Salyan rayon İcra Hakimiyyəti Başçısının Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən Salyan rayonu Qarabağlı kənd 2 saylı tam orta məktəbində müəllim işləyən qohumu Elvin Hüseynov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. O, Elvin Hüseynov ilə eyni məktəbdə müəllim işləyən həmkəndlisi Şəmsəddin Kərimov ilə Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin inzibati binasında görüşüb və 2020-ci il fevralın 09-da 6-cı çağırış Milli Məclisə deputatlığa namizədliklə bağlı keçirilən seçki kampaniyası vaxtı Şəmsəddin Kərimovun atası Rəcəb Kərimovun sosial şəbəkələrin birində yanlış məlumatlara əsaslanan çıxışına görə rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov tərəfindən onun və ailə üzvlərinin işdən çıxarılacağı, “başlarına oyun açılacağı” ilə qorxudub.
Bu məsələni yoluna qoymaq üçün Rəşad Cəbrayılovla danışa biləcəyini deyib, növbəti gün təkrar Şəmsəddin Kərimovla nümayəndəlikdə görüşərək 6.000 manat məbləğində pulun müqabilində onun, Qarabağlı kənd həkim məntəqəsinin müdiri vəzifəsində işləyən bacısı Günay Ağamalıyevanın, anası Rahilə Kərimovanın işlərində qalacağını bildirib.
Ramin Həsənov Şəmsəddin Kərimova hədə-qorxu gələrək onu vəzifəli şəxsə dolayı yolla, yəni vasitəçidən istifadə etməklə rüşvət verməyə sövq edib və razılığını aldıqdan sonra aralarındakı sövdələşməyə əsasən 2020-ci il fevralın 15-də xidməti otağında Rəşad Cəbrayılova çatdıracağı adı ilə Şəmsəddin Kərimovu 6000 manat məbləğində pulu ondan alaraq rüşvət verməyə təhrik edib.
İstintaq orqanı tərəfindən Ramin Həsənov və Elvin Hüseynovun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4,312.1-ci (iştirakçılıq, Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Salyan rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Muradağa Qasımovun icraatına verilib.
Hakimin sədrliyi ilə keçirilən iclasın sonunda hökm oxunub. Hökmə əsasən, Ramin Həsənov və Elvin Hüseynovun barəsində verilən Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri hökmdən xaric edilib.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirli biliniblər. Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 2 il sınaq müddəti olmaqla 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib.
Hökmdən Baş prokuror Kamran Əliyev apellyasiya protesti verib. Baş prokuror Ramin Həsənov və Elvin Hüseynovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə Salyan rayon Məhkəməsinin 5 avqust 2020-ci il tarixli hökmünün ləğv edilməsini, onların barəsində daha ağır ittihamın irəli sürülməsi məsələsinin həll edilməsi üçün cinayət işinin birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışma qaytarılmasını tələb edib.
Baş prokurorun protesti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda Baş prokurorun protestinin dəlilləri araşdırılıb, sonda qərar verilib.
Qərara görə, Baş prokuror Kamran Əliyevin protesti təmin edilib. Salyan rayon Məhkəməsinin hökmü ləğv edilib və iş yenidən ağırlaşdırıcı halların müəyyən olunması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Yaxın günlərdə Salyan rayon Məhkəməsində bu cinayət işi üzrə yeni məhkəmə başlanacaq.

Oxşar xəbərlər

Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
Salyan sakinindən qanunsuz silahlar götürüldü
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Saqiyan kəndinin adı dəyişdirildi - FƏRMAN
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Salyanda gənc oğlan bıçaqlanıb
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
2021-ci ildə yenidən seçkilər keçiriləcək? - Milli Məclisdə boş qalan yerlər...
“Əməkdar müəllim” koronavirusdan öldü
İşğaldan azad edilmiş bu kəndlərin adları dəyişdirilir
Astarada icra hakimiyyətinin vəzifəli şəxsinin şok əməlləri - TƏFƏRRÜAT
Füzulidə minaya düşən sabiq məmurla ailəsi imiş...
Qonşusunu öldürən şəxs saxlanıldı
Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Salyan sakinindən 4 kq narkotik götürülüb
Azərbaycanda iki milyon manatlıq mənimsəmə: Vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
İcra başçısının həbs müddəti artırılır
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Salyanda avtomobil aşdı: Xəsarət alan var
Baş Prokurorluq: Saxta ölüm sənədi hazırlayan şəxslərə cinayət işi açılıb
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
Qubadlı uğrunda şəhid olan müəllim
Sağ olan ahıl qadınlar barədə ölüm kağızı verilməsi ilə bağlı rəsmi açıqlama
Xəstəxanaya müayinəyə gələn şəxs öldü - Azərbaycanda
AXCP üzvünə hökm oxundu –Məhkəmə
Xuliqanlığa görə saxlandı, üstündən narkotik vasitə çıxdı