“Metro açılmalı, maska tələbi yığışdırılmalıdır”.
Bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.
“Koronavirus insan bədənində fəallaşaraq onu ən çoxu 14 gün ərzində xəstə edir. Orta göstərici bundan 2 dəfə azdır. Bunu bilmək niyə vacibdir?
31 gün əvvəl SMS icazəsi aradan qaldırıldı, insanlar məhdudiyyətsiz hərəkət etməyə başladılar. O zaman həftə ərzində orta yoluxma sayı 375 nəfər idi, amma indi bu rəqəm 2.5 dəfə azalaraq 140 təşkil edir.
Bundan başqa, 17 gün əvvəl mağazalar, restoranlar, bərbərxanalar, dərzilər kütləvi şəkildə açıldı. Virusun fəallaşması yenə də baş vermədi, əksinə, yoluxma rəqəmi 181-dən 140-a düşdü.
Hələ “yoluxma” anlayışının dərinliyinə getmirəm də.
Məncə, insanların qorxudulması üzərindən qazanc əldə edən tibbi-siyasi maraq qrupu artıq geri durmalıdır.
Bilirəm, bu yazımdan sonra rəqəmləri şişirtməyə başlaya bilərlər. Amma milyonlarla Azərbaycanlını həm yoxsullaşdıran, həm də qıcıqlandıran belə idarəetmə sxeminin bəzi adamlara gətirdiyi gəlir və “nüfuz” çox-çox aldadıcıdır”, - deyə siyasətçi əlavə edib.