Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi
17-02-2021, 19:20
104

Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 17-də Pakistannın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran daxili işlər naziri V.Eyvazov beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini məmnunluqla qeyd edib.
Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da son illər sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin, bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə təşəkkür edən Bilal Haye dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib. Burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəssiz şəraitdən razılığını ifadə edən səfir, əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Oxşar xəbərlər

Vilayət Eyvazov Özbəkistanın səfiri ilə görüşüb
Vilayət Eyvazov "Bandotdel"ə yeni şöbə rəisi təyin etdi
Vilayət Eyvazov MMX-ya yeni rəis təyin etdi
Vilayət Eyvazov şöbə rəisinə yeni rütbə verdi
Vilayət Eyvazov yeni rəis təyin etdi
Azərbaycanla Pakistan arasında saziş imzalandı
Vilayət Eyvazov onu "Qoraddel"ə rəis TƏYİN ETDİ - FOTO
Vilayət Eyvazov polis rəisini yüksək vəzifəyə TƏYİN ETDİ
Vilayət Eyvazov onu bölmə rəisi TƏYİN ETDİ
Vilayət Eyvazov baş müstəntiqi rəis TƏYİN ETDİ
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi
Vilayət Eyvazovdan yeni təyinat
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Vilayət Eyvazov Balakişiyevi müstəntiq
Vilayət Eyvazov paytaxt sakinləri ilə görüşdü
Vilayət Eyvazov daha bir polkovniki TƏQAÜDƏ GÖNDƏRDİ
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Vilayət Eyvazovdan yeni təyinat
Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI - ƏMR
Vilayət Eyvazovdan Xocalıya yeni TƏYİNAT
Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT
Vilayət Eyvazovdan yeni TƏYİNAT
“Ötən il cinayətlərin 85 faizinin üstü açılıb” - Vilayət Eyvazov
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Vilayət Eyvazovdan yeni təyinat
Vilayət Eyvazov mayoru rəis müavini təyin etdi