“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
18-02-2021, 10:19
67

“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR

“Azər Türk Bank” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
Valyuta.Az xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 11 mln. 489 min manat artaraq 359 mln. 207 min manata çatıb. Bunun əsas səbəbi isə bankda bloklaşdırılmış nəğd vəsaitin 18 mln. 166 min manat artmasıdır.
Bankın mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklərinin 17 mln. 199 min manat artması dövlət bankının cəmi öhdəliklərinin artmasına səbəb olub. Belə ki, “Azər Türk Bank”ın cəmi öhdəlikləri 11 mln. 178 min manat artaraq 303 mln. 296 min manata çatıb.
Bankın cəmi kapitalı isə 311 min manat artaraq  55 mln. 911 min manata çatıb.
DEPOZİT PORTFELİ KİÇİLİB
Dövlət bankının müştərilərinə verdiyi kreditlər 19 mln. 154 min manat azalaraq 160 mln. 248 min manata enib. Bundan başqa müştərilər banka yerləşdirdiyi əmanətləri geri çəkiblər. Belə ki, bank depozit portfeli 344 min manat azalaraq 179 mln. 940 min manata enib. Bunun əsas səbəbi fiziki şəxslərin bankda olan depozitlərinin 8 mln. 657 min manat artması qarşılığında, hüquqi şəxslərin depozitlərinin 9 mln. manat azalmasıdır.
MƏNFƏƏTİ AZALIB
Bankın faiz gəliri 21 mln. 136 min manat, faiz xərci 6 mln. 378 min manat olub. Buna görə bankın xalis faiz gəliri 14 mln. 759 min manat olub. Dövlət bankının qeyri-faiz gəliri 9 mln. 891 min manat, qeyri-faiz xərcləri isə 23 mln. 816 min manat olub. Nəticədə bankın əməliyyat mənfəəti 834 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln. 714 min manat azdır.
Bankın xalis mənfəəti 180 min manat azalaraq 423 min manata enib.
“Azər Türk Bank”ın məcmu kapitalı 286 min manat azalaraq 50 mln. 38 min manata enib. Yəni, dövlət bankının lisenziyasının ləğv olunmasına 38 min manat qalıb. 
Xatırladaq ki, Banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır.

Oxşar xəbərlər

“Bank VTb Azərbaycan” 2020-ci ili zərərlə başa vurdu - RƏQƏMLƏR
"AccessBank" bağlanır?
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?
“Express Bank” koronavirusa yoluxsa, reanimasiyaya düşəcək - BÖHRAN
«Günaybank» iflas həddinə yaxınlaşır - 4 QAT AZALMA
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi
“Azər Türk Bank”ın 2 departament direktoru vəzifəsindən AZAD EDİLDİ
Banklara inam azalır: Depozitlərdə sürətli eniş - VİDEO
Əhalinin banklarda nə qədər pulu var? - MƏBLƏĞ
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
Elman Rüstəmov 450 milyonluq binaya görə dövlətin “cib”inə girir? - “Mərkəzi Bankın öz vəsaiti yoxdur”
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə...
“Günay Bank”a yeni sədr təyin edildi
AMB valyuta məzənnələrini açıqlayıb
Azərbaycanda qızıl-gümüş bahalaşıb
Manatın məzənnəsi
Mərkəzi Bankdan dollarla bağlı açıqlama
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Elman Rüstəmov Prezidentin bu Fərmanını icra etmir - Çöküş başlayır
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
BANK VTB-də qalmaqal: Təhlükəsizlik rəisi bank rəhbərini məhkəməyə verdi (FOTOFAKT)
Mərkəzi Bankın yeni binasının puluna Qarabağda 15 min ev tikmək olar
Bu günə olan rəsmi məzənnələr
Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır
AMB-nin valyuta məzənnələri