Azərbaycanda bu şəxslərə verilən müavinət dayandırıldı
18-02-2021, 16:14
144

Azərbaycanda bu şəxslərə verilən müavinət dayandırıldı

1996-cı ildə Heydər Əliyevin fərmanıyla repressiya qurbanlarının ailələrinə müavinət ayrılıb. Həmin ildən etibarən, müavinətin həcmi 11 manat müəyyənləşib. Lakin, digər kateqoriyalarda müavinətin miqdarı yüksəlsə də, repressiya qurbanlarının ailə üzvlərində müavinət 11 manat olaraq qalıb. 
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkə başçısı tərəfindən qəbul edilərkən,  repressiya qurbanlarının ailə üzvlərinə olan diqqətin artırılmasıyla bağlı tapşırıq vermişdi. Görünən odur ki, ölkə başçısının göstərişi hələ də yerinə yetirilməyib.  
“Yeni Sabah” xəbər verir ki, mövzuyla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Hurriyyet.org-un sorğunsuna cavab olaraq bildirilib ki, qeyd olunan 11 manat əlavə pul 1 yanvar 2021-ci il tarixindən etibarən ödənilmir:
“Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 19.1.5-ci maddəsinə əsasən repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin əmək pensiyalarının üzərinə 11 manat əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qanunda sözügedən əlavənin siyasi repressiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərin ailə üzvlərinə verilməsi nəzərdə tutulmuşdur.
Qeyd etmək istərdik ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 240-VIQD nömrəli Qanuna əsasən adıçəkilən qanunun 19-cu maddəsi ləğv olunmuşdur. Bu səbəbdən qeyd olunan əlavənin (11 manat) 1 yanvar 2021-ci il tarixindən sonra ödənilməsi mümkün deyil”.

Oxşar xəbərlər

Bu şəxslərə 480 manat müavinət veriləcək
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Yanvar ayında da 190 manat veriləcək?
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Nazirliyin ayırdığı müavinət borca yığılırmış - GİLEY
Şəki sakininin dərdini dinləyən yoxdur... - GİLEY
Erməni terrorunun qurbanı olan mülki şəxslərə şəhid statusu verildi
Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Fevral ayının pensiyaları artımla birgə ödənildi
2 100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edildi
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Azərbaycanda ilk: - Uşaqlara ayda 480 manat veriləcək
Azad olunan ərazilərdə çoxsaylı iş yerləri açılacaq
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
Əhaliyə ŞAD XƏBƏR
Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiyalar alacaq - SİYAHI
Sahil Babayevdən yeni TƏYİNAT
Azərbaycanda bu uşaqlara pul veriləcək - ŞAD XƏBƏR
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
"Öz qərarlarına özləri əməl etmirlər" - İLGİNC
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olundu
Sahil Babayev 190 manatın verilməsindən DANIŞDI
Bu şəxslərin təqaüdləri artırıldı – Siyahı
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
Bu şəxslərə əlavə olaraq 360 manat aylıq müavinət veriləcək
Sahil Babayevdən daha bir ŞİKAYƏT - "...heç bir maddi yardım göstərilməyib"