“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
18-02-2021, 23:53
131

“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi

Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan və bununla da dövlət orqanlarının ümumi nüfuzuna xələl gətirən vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Katib Rəsul oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Katib Məmmədovun həmin vəzifədə işləyərkən ayrı-ayrı vaxtlarda “Azərbaycan Dəmir Yolları” QSC-nin “Həkim Sanitar Xidmətinin Bakı Dəmir Yol Xəstəxanası” MMC-nin Stasionar şöbəsinin müdiri və eyni zamanda həmin xəstəxananın Həkim-məsləhət komissiyasının sədri vəzifəsində işləmiş Həsənov Səftər Faiq oğlu, Bakı şəhəri, Sabunçu rayonu 3 saylı Şəhər klinik xəstəxanasında tibb işçiləri Babayeva Kəmalə Təbriz qızı, Rzaquliyeva İradə Calal qızı və 32 saylı Birləşmiş şəhər xəstəxanasının Poliklinika şöbəsinin müdiri Əsgərov Mirzə Hüseyn oğlu ilə qabaqcadan əlbir olaraq müxtəlif vətəndaşlara əlillik dərəcələrinin təyin olunmasına köməklik göstərilməsi məqsədilə rüşvət müqabilində qanunsuz qiymətləndirmə və qeyri-obyektiv müayinələrin aparılması yolu ilə saxta tibbi sənədlər hazırlayıb müvafiq sistemə daxil etməsinə, habelə yol verdiyi həmin qanunsuz hərəkətləri qarşılığında ümumilikdə 4 şəxsdən cəmi 12 min 200 manat pul vəsaitini şəxsən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Katib Məmmədov və qeyd edilən digər şəxslərə Cinayət Məcəlləsinin müvafiq olaraq 308.1 (vəzifə səlahiyətlərindən sui-istifadə etmə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin başqa vəzifəli şəxslərinin qanunsuz əməlləri və sair faktlar üzrə cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaqı davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Prokurorluq Daşkəsəndəki əməliyyatla bağlı MƏLUMAT YAYDI
5 nömrəli TSEK-də əməliyyat keçirilib - Nazirlik
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Baş həkim həbs edildi
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
Bakıda qanunsuz işlərlə məşğul olan vəzifəli şəxslər SAXLANILDI
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Masallının baş həkimi HƏBS EDİLDİ
Bələdiyyə sədrinə cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxslər rüşvət alarkən YAXALANDI
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Bakıda baş verən qətlin üstü açıldı
Direktor rüşvətə görə həbs edildi
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Azərbaycanda daha bir korrupsiya faktı – Cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
Azərbaycanda daha bir vəzifəli şəxs həbs edildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Qəbələdə ağacların kəsilməsinə görə cinayət işi açıldı
Prokurorluq Masallı Mərkəzi xəstəxanası ilə bağlı MƏLUMAT YAYDI
Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Lənkəranda vəzifəli şəxsə cinayət işi açıldı
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
Azərbaycanda bu nazirliyin əməkdaşı rüşvətə görə HƏBS EDİLDİ